MİLLİ BANKIN 150 MİLYON DOLLAR VƏSAİTİ 3 XARİCİ MENECERƏ İDARƏETMƏYƏ VERİLMİŞDİR
Milli Bankın valyuta ehtiyatlarının idarə edilməsinin 2003-cü il üçün strategiyası çərçivəsində ehtiyatların idarə edilməsinə ixtisaslaşmış xarici maliyyə qurumlarının cəlb olunması nəzərdə tutulmuşdur. Milli Bankın mətbuat xidmətindən müxbirmizə bildirmişlər ki, həmin strategiyaya uyğun olaraq, iyulun 1-dən Milli Bankın valyuta ehtiyatlarından 150 milyon ABŞ dolları məbləğində vəsaitlər dünyanın yüksək reytinqli və etibarlı 3 xarici menecerinə idarəetməyə verilmışdir.Xarici menecerlərin cəlb olunmasının son zamanlar geniş yayılması mərkəzi bankların gəlirlərinin artırılması, müasir maliyyə bazarları ilə uzlaşan informasiya texnologiyaları sistemlərinin yeniləşdirilməsinə, xərclərin artması və ehtiyatları idarə edən işçilərin bilik və bacarıq səviyyəsinin mütəmadi olaraq təkmilləşdirilməsi zərurətinə əsaslanır. Bununla yanaşı, xarici menecerlərin cəlb olunması təcrübədən istifadə etmək imkanı, ehtiyatların idarəetmə üsullarına görə diversifikasiyası və digər üstünlüklərin də əldə olunmasına imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]