MİLLİ BANKIN STATİSTİKA BÜLLETENİNİN BEŞİNCİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
Milli Bankın statistika bülleteninin 2003-cü ildə beşinci nömrəsi çapdan çıxmışdır. Bankın mətbuat xidmətindən bildirmişlər ki, bülletendə Azərbaycan Respublikası iqtisadiyyatının cari ilin 1 iyun tarixinə olan ümumi statistik mənzərəsi barədə yığcam və konkret məlumatlar verilmişdir. Ölkənin maliyyə və bank sektorunun, xarici iqtisadi əlaqələrinin əsas göstəriciləri də bülletenə daxil edilmişdir. Bülletenin hazırlanmasında Milli Bankın və Dövlət Statistika Komitəsinin məlumatlarına istinad olunmuşdur.