Milli Kitabxanada “Akademik Kamal Abdulla – 75” adlı ənənəvi kitab sərgisi açılıb
Bakı, 4 dekabr, AZƏRTAC
Milli Kitabxanada görkəmli akademik, Xalq yazıçısı Kamal Abdullanın anadan olmasının 75 illiyi münasibətilə “Akademik Kamal Abdulla – 75” adlı ənənəvi kitab sərgisi və “Xalq yazıçısı Kamal Abdulla” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə rəsmi sənədlər, milli ədəbiyyatımızın görkəmli nümayəndəsi, istedadlı yazıçı-dramaturq, Əməkdar elm xadimi Kamal Abdullanın fundamental elmi tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları, romanları, povestləri, hekayələri, pyesləri, şeirləri, tərcümələri, esseləri, ideya müəllifi, layihə rəhbəri, elmi redaktor, rəyçi və məsləhətçi olduğu əsərlər, həyatı, elmi fəaliyyəti, bədii və çoxşaxəli yaradıcılığı haqqında tədqiqat əsərləri, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.