MİLLİ MƏCLİS XANLAR RAYONUNUN ADININ DƏYİŞDİRİLMƏSİ BARƏDƏ QANUN QƏBUL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin aprelin 25-də keçirilmiş iclasında “Azərbaycan Respublikasının Xanlar rayonunun Göygöl rayonu adlandırılması haqqında” qanun qəbul olunmuşdur.
Milli Məclisin regional məsələlər daimi komissiyasının üzvü Rüstəm Xəlilov bildirmişdir ki, Xanlar rayonunun əhalisi rayonun adının dəyişdirilərək Göygöl adlandırılması barədə dəfələrlə Parlamentə və Milli Məclis yanında Toponimiya Komissiyasına müraciətlər etmişdir. Daxil olan teleqram və müraciətlərdə məşhur Göygölün bu rayonun ərazisində yerləşdiyi əsas gətirilir.
Xanlar rayonundan deputat seçilmiş Rövşən Rzayev bu təkliflə əlaqədar rayonun şəhər, qəsəbə və kəndlərində, ayrı-ayrı təşkilatlarında 130-a yaxın iclasın keçirildiyini demiş, seçicilərinin dəlil-sübutları barədə məlumat vermişdir.
Milli Məclisin üzvləri məsələ ətrafında geniş fikir mübadiləsi aparmış, coğrafi adların dəyişdirilməsi prosesində tarixiliyə üstünlük verilməsinin zəruriliyini vurğulamış və rayonun adının dəyişdirilməsinə razılıq vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]