Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin 2023-cü il payız sessiyasının ilk plenar iclası keçirilib

Bakı, 2 oktyabr, AZƏRTAC

Oktyabrın 2-də Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Milli Məclisin sədri xatırladıb ki, sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. Nəticədə Azərbaycan ərazisində qanunsuz qalan Ermənistan silahlı birləşmələri və terrorçu qruplar darmadağın edilib, Ermənistanın dəstəyi ilə yaradılan kriminal xunta rejiminin fəaliyyətinə son qoyulub. Azərbaycanın bütün ərazisində suverenliyi bərpa edilib. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunudur.

Spiker xalqımıza yeni böyük qələbə sevinci yaşadan Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman əsgər və zabitlərimizə bir daha sonsuz minnətdarlıq ifadə edib.

İclasda antiterror tədbirləri zamanı, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində, digər döyüş əməliyyatlarında Vətən və xalq yolunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclisin sədri Qarabağda həyatın normal axarına qayıtması, erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün görülən tədbirlərin də uğurla başa çatacağına əminliyini bildirib. Qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması perspektivi indi daha realdır və Cənubi Qafqazda sabitliyin bərqərar ediləcəyi gün uzaqda deyil. Azərbaycan dövləti buna çalışır və biz qarşı tərəfdən də eyni yanaşmanı gözləyirik.

Sonra Sahibə Qafarova bu ilin yaz və növbədənkənar sessiyalarının yekunları barədə ətraflı məlumat verib.

Bildirib ki, iki sessiyada 23 iclas keçirilib, 195 qanun və qərar qəbul edilib. Ölkə həyatının mühüm məsələlərinə münasibət bildirilib.

Milli Məclisin dövlətimizin başçısı İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirləri gördüyünü vurğulayan sədr deyib ki, parlamentin beynəlxalq fəaliyyəti sessiyalardan sonrakı dövrdə də uğurla davam edib. Bu ərəfədə Milli Məclisin 34 deputatı 23 ölkəyə 41 səfər edib, üzv olduğumuz beynəlxalq təşkilatların toplantılarında iştirak və çıxış ediblər.

Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasda 18 məsələ müzakirə olunacaq. Gündəliyin birinci məsələsi Milli Məclisin qərar layihəsidir. Hər sessiyanın əvvəlində biz Milli Məclisin qanunvericilik işləri planını qəbul edirik. O, payız sessiyasının qanunvericilik işləri planının 10 bənddən ibarət olduğunu diqqətə çatdırıb.

Məsələ ilə bağlı müzakirələrdə çıxış edən parlamentin komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlardan Fəzail Ağamalı, Fazil Mustafa, Hikmət Məmmədov payız sessiyasının qanunvericilik işləri planı haqqında fikirlərini açıqlayıblar. Deputatlar sənədin məqsədəmüvafiq olduğunu söyləyiblər, planda qeyd olunan qanun layihələrinin əhəmiyyətindən danışıblar, bir sıra təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda Milli Məclisin 2023-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova növbəti 10 məsələnin hökumətlərarası sazişlərin və digər beynəlxalq sənədlərin təsdiq edilməsi ilə bağlı olduğunu söyləyib. O, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bu qanun layihələrinin bir oxunuşda baxılıb qəbul edildiyini bildirib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.

O bildirib ki, Saziş 2023-cü il iyunun 7-də Bratislava şəhərində imzalanıb. Sazişin məqsədi tərəf dövlətlər arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və vergi münasibətlərində əməkdaşlığın gücləndirilməsidir. Sazişin müddəaları tərəf dövlətlərin birinin və ya hər ikisinin rezidenti olan şəxslərin Azərbaycan Respublikasında fiziki şəxslərin gəlir vergisi və hüquqi şəxslərin mənfəət vergisinə, Slovakiya Respublikasında isə fiziki şəxslərin və hüquqi şəxslərin gəlir vergisinə münasibətdə tətbiq edilir. Qeyd edilib ki, 30 maddədən ibarət olan sənəd Azərbaycanla Slovakiya arasında iqtisadi əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.

Diqqətə çatdırıb ki, Saziş 2023-cü il aprelin 24-də Bakıda imzalanıb. Preambula və 13 maddədən ibarət sənədin məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın təşviq edilməsi və möhkəmləndirilməsi, eləcə də tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki fəaliyyətin təmin edilməsidir.

Bildirilib ki, Sazişə əsasən tərəflərin 14 sahədə - hərbi təhsil, treninq və təlimlər, müdafiə və təhlükəsizlik siyasəti, sülhməramlı və humanitar əməliyyatlar, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq, silahlara nəzarət və tərk-silah, hərbi qanunvericilik, maddi texniki təminat, mülki-hərbi əməkdaşlıq, müdafiə sahəsində kibertəhlükəsizlik, hərbi xəritəçilik, hərbi tibbi xidmətlər, sosial, idman və mədəni tədbirlər, humanitar minatəmizləmə və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığının həyata keçirilməsi nəzərdə tutulur.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə bu komitənin rəyini səsləndirib və qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında Saziş”ə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb.

Bildirilib ki, 2022-ci il iyunun 24-də Qırğız Respublikasının Çolpan-Ata şəhərində keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) XI plenar iclasında "Türkdilli Ölkələrin Parlament Assambleyası"nın adının "Türk Dövlətləri Parlament Assambleyası"na dəyişdirilməsi haqqında Qətnamə" və "Türkdilli Ölkələrin Parlament Assambleyası haqqında İstanbul Sazişinə dəyişikliklər haqqında Protokol" imzalanıb. Buna əsasən, "Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında Saziş"ə dəyişikliklər edilməsinə dair Protokol" cari il iyunun 8-də Bakıda imzalanıb. Protokolun 2-ci maddəsinə uyğun olaraq Sazişin bütün mətnində "Türkdilli Ölkələrin Parlament Assambleyası" sözləri "Türk Dövlətləri Parlament Assambleyası" sözləri ilə əvəz edilib.

Qanun layihəsi səsə qoyularaq, qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsindən bəhs edib.

O qeyd edib ki, Sazişə əsasən, Tərəflər Azərbaycanda və Özbəkistanda, habelə üçüncü ölkələrin ərazilərində qarşılıqlı maraq doğuran istiqamətlərdə ixracyönümlü müəssisələrin yaradılması üzrə birgə layihələrin maliyyələşdirilməsi məqsədilə müvafiq Fondun yaradılması üzrə razılığa gəlmişlər. Sazişin 11-ci maddəsinə əsasən, Tərəflərin razılığı əsasında bu Sazişə onun ayrılmaz hissəsi olan və bu Sazişin 13-cü maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər.

Bildirilib ki, 2023-cü il iyulun 18-də Şuşada “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol imzalanıb. Protokolda Sazişin adında "Azərbaycan-Özbəkistan İnvestisiya Fondu" sözlərinin "Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (Fond)" sözləri ilə əvəz edilməsi müəyyənləşdirilir. Digər dəyişikliyə müvafiq olaraq, Fondun yaradılması haqqında təsis sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Özbəkistan Respublikasının Yenidənqurma və İnkişaf Fondu tərəfindən imzalanır. Fondun təşkilati-hüquqi formasını onun təsisçiləri müəyyən edirlər. Fondun fəaliyyəti və onun Nizamnaməsi ilə bağlı mübahisələr Fondun təsis sazişinə uyğun olaraq həll edilir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə bu komitənin rəyini bildirdikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 4 məsələsinin məzmun və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib, bu qanun layihələrinin təqdimatlarını dinləməyi, sonra isə onların birgə müzakirəsini aparmağı və ayrı-ayrılıqda səsvermənin keçirilməsini təklif edib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli həmin qanun layihələri barədə məlumat verib.

“Ümumdünya Poçt Nizamnaməsinə On Birinci Əlavə Protokol”a qoşulmaq haqqında qanun layihəsi ilə bağlı diqqətə çatdırılıb ki, Ümumdünya Poçt İttifaqının 2021-ci il avqustun 26-da Abican şəhərində keçirilmiş 27-ci Konqresində "Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə On Birinci Əlavə Protokol" qəbul edilib. Əlavə Protokolun müddəalarına əsasən, "Ümumdünya Poçt İttifaqının Nizamnaməsi"nin preambulasına və müvafiq maddələrinə dəyişikliklər edilib. Dəyişikliklər 4 istiqamət - Ümumdünya Poçt İttifaqının Aktlarına münasibətdə daha da hüquqi aydınlığın və sabitliyin təmin edilməsi, terminoloji ardıcıllığın müəyyən edilməsi, Nizamnamədə uzun müddət mövcud olan bir çox uyğunsuzluqların aradan qaldırılması və "Müqavilələr hüququ haqqında Vyana Konvensiyası"na uyğun olaraq İttifaqın Aktlarının təsdiqi və qəbulu üçün müddəaların müəyyən edilməsi üzrə hazırlanıb.

“Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə Üçüncü Əlavə Protokol”a qoşulmaq haqqında qanun layihəsi ilə bağlı məlumatında Əli Məsimli İttifaqın Abicanda keçirilmiş 27-ci Konqresində “Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə Üçüncü Əlavə Protokol"un qəbul edildiyini bildirib. Qeyd olunub ki, Əlavə Protokol ilə Ümumdünya Poçt İttifaqının orqanları olan Administrativ Şuranın, Poçt Əməliyyatları Şurasının, Məşvərət Komitəsinin idarə edilməsi, Beynəlxalq Büronun Baş direktorunun vəzifələri, Beynəlxalq Büro tərəfindən müvafiq məlumatların əldə edilməsi, sorğuların aparılması, təkliflərin Konqresə təqdim edilməsi, üzv ölkələrin üzvlük haqlarının tənzimlənməsi, üzvlük haqlarının kateqoriyaları, üzv ölkələr arasında mübahisələrin arbitraj vasitəsilə həll edilməsi qaydaları üzrə dəyişikliklər nəzərdə tutulub.

“Ümumdünya Poçt Konvensiyası”na və “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu”na qoşulmaq haqqında qanun layihəsi ilə bağlı bildirilib ki, Konvensiyada bütün beynəlxalq poçt xidmətində tətbiq olunan qaydalar, məktub və poçt bağlamaları xidmətləri ilə bağlı müddəalar əks olunub. Konvensiyanın tələblərinə uyğun olaraq, üzv ölkələr tərəfindən poçt məsələlərinə nəzarət edilməsinə cavabdeh olan dövlət orqanının adı, ünvanı, poçt xidmətlərinin yerinə yetirilməsi və Ümumdünya Poçt İttifaqının Aktlarından yaranan öhdəliklərin öz ərazilərində yerinə yetirilməsi üçün rəsmi olaraq təyin olunmuş operatorun adı, ünvanı barədə İttifaqın Beynəlxalq Bürosuna məlumat təqdim edilməlidir. "Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu" həmin Protokolda qeyd olunan bəzi dövlətlərə münasibətdə Konvensiyanın müvafiq maddələri ilə nəzərdə tutulmuş tələblərdən fərqli qaydalar ehtiva edir.

“Poçt ödəniş xidmətləri haqqında Saziş”ə və “Poçt ödəniş xidmətləri haqqında Saziş”in Yekun Protokolu”na qoşulmaq barədə qanun layihəsinə dair diqqətə çatdırılıb ki, Sazişin məqsədi maliyyə xidmətlərinin əlverişliliyinə şərait yaratmaq, təyin olunmuş üzv dövlətlərin operatorlarının şəbəkələrinin funksional uyğunluğuna imkan verən sistemlər əsasında çoxsaylı istifadəçilər üçün nəzərdə tutulmuş təhlükəsiz və əlçatan poçt ödəniş xidmətlərinin yerinə yetirilməsidir. "Poçt ödəniş xidmətləri haqqında Sazişin Yekun Protokolu" ilə müəyyən edilmiş dövlətə münasibətdə müvafiq istisnanın tətbiq edilməsi nəzərdə tutulur.

Komitə sədri Səməd Seyidov bu 4 sənəd barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəyini diqqətə çatdırıb.

Deputat Sabir Rüstəmxanlı fikirlərini bildirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair Protokol”a qoşulmaq barədə qanun layihəsini təqdim edib.

Protokola əsasən, hava gəmisinin göyərtəsində törədilmiş cinayət və bəzi digər aktlara münasibətdə hava gəmisinin ərazisinə eniş etdiyi dövlət və istismarçı dövlət tərəfindən yurisdiksiyanın həyata keçirilməsi qaydaları müəyyən edilir. Digər dəyişiklikdə "ekipaj üzvünə fiziki hücum, yaxud belə hücumla təhdid etmə", "hava gəmisinin, onun göyərtəsində olan sərnişinlərin, yaxud əmlakın təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmisinin kapitanı tərəfindən və ya onun adından verilən qanuni göstərişləri yerinə yetirməkdən imtina" cinayətlərini və yaxud cinayət hesab edilməyən digər aktları törədən şəxslər barəsində razılığa gələn dövlət tərəfindən cinayət, inzibati və ya məhkəmə icraatının istənilən digər növünün başlanılması nəzərdə tutulur.

Sənəd barədə Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəyini bildirdikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Beynəlxalq Əmək Təşkilatının Nizamnaməsində dəyişiklik edilməsi haqqında 1986-cı il tarixli sənəd”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. O bildirib ki, təklif olunan dəyişikliklər 4 istiqamət, o cümlədən Beynəlxalq Əmək Təşkilatının orqanı olan Beynəlxalq Əmək Ofisinin İdarə Heyətinin idarə edilməsi və tərkibi, Baş direktorun təyin edilməsi, Beynəlxalq Əmək Təşkilatının orqanı olan Beynəlxalq Əmək Konfransında səsvermənin keçirilməsi və Nizamnaməyə dəyişikliklər edilməsi qaydaları üzrə hazırlanıb.

Diqqətə çatdırılıb ki, dəyişikliklərə əsasən, Beynəlxalq Əmək Təşkilatının Baş Konfransı tərəfindən təşkilata üzv olmaq istəyən dövlətlərin qəbul edilməsi məsələsi dəqiqləşdirilib, Beynəlxalq Əmək Ofisinin İdarə Heyətinin yerlərinin sayı 56 yerdən 112 yerə artırılıb. İdarə Heyətində 112 yerdən 56-sı hökumətləri təmsil edən şəxslər üçün, 28-i işəgötürənləri təmsil edən şəxslər üçün, digər 28-i isə işçiləri təmsil edən şəxslər üçün nəzərdə tutulur. Sənəddə, həmçinin, İdarə Heyəti tərəfindən təyin edilməsi nəzərdə tutulan Beynəlxalq Əmək Ofisinin Baş direktorunun təyinatının təsdiqi üçün Beynəlxalq Əmək Konfransına təqdim edilməsi məsələsi, Baş direktorun məsuliyyət məsələsi, Nizamnaməyə edilməsi nəzərdə tutulan dəyişikliklərin üzv dövlətlər tərəfindən ratifikasiya edilməsi qaydası və digər dəyişikliklər nəzərdə tutulur.

Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəyini səsləndirdikdən sonra qanun layihəsi qəbul edilib.

Fasilədən sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 7 məsələsi birinci oxunuşda olan qanun layihələridir.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Komitə sədri Rəqabət Məcəlləsinin Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunduğunu bildirib. O, rəqabətin iqtisadi sistemin effektivliyinin artması ilə bağlı əhəmiyyətindən danışıb. Rəqabətin dövlət tənzimləməsi, bazardakı bütün iştirakçıların maraqlarının qorunması baxımından vacibliyini qeyd edib. Dövlətin bu sahədə əsas rolunun ədalətin təmin olunması, cəmiyyətin hüquqlarının müdafiəsi və bazar iqtisadiyyatının fəaliyyəti üçün əlverişli mühitin yaradılması olduğunu deyib. Diqqətə çatdırılıb ki, Azərbaycanda bazar iqtisadiyyatına keçid Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə başlayan özəlləşmə proqramı ilə geniş vüsət alıb. Qeyd olunub ki, bazar iqtisadiyyatının mühüm elementlərindən olan rəqabət və istehlakçı hüquqlarının qorunması məqsədi ilə 1995-ci və 1998-ci illərdə o dövr üçün aktual olan “Haqsız rəqabət haqqında” və “İstehlakçıların hüquqlarının qorunması haqqında” qanunlar qəbul edilib. Bildirilib ki, son on il ərzində Prezident İlham Əliyevin apardığı ardıcıl islahatlar nəticəsində ölkədə rəqabət mühiti xeyli münbitləşmiş, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyi yüksəlmişdir. Aparılan islahatlar sahibkar-dövlət münasibətlərində etimadı yüksəldərək, sahibkarlıq mühitində şəffaflığı artırmışdır.

Tahir Mirkişili bildirib ki, təqdim olunan Rəqabət Məcəlləsi 12 fəsil, 84 maddədən ibarətdir. Sənədin qəbulu inhisara qarşı mübarizə, qiymətlərin optimallaşdırılması, bir sıra məhsullar üzrə qiymətlərin azaldılması baxımından əhəmiyyətlidir. Layihə ilə bir sıra yeniliklərin əsası qoyulub. Beynəlxalq təcrübədə mövcud olan yeni çağırışlara uyğunlaşmaq məqsədi ilə layihəyə nou-hau, mühüm əhəmiyyətli resurs, müvafiq bazar, rəqabət aparmamaq öhdəliyi, eksklüziv və selektiv təchizat sistemləri, uyğunlaşdırılmış hərəkətlər, şaquli və üfüqi sazişlər, bazar payının 50 faizini keçən hökmran mövqe, yüksək və aşağı inhisar qiymətləri, rəqabət komissiyası, rəqabət orqanı və digər anlayışlar daxil edilib. Sənəddə rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları, rəqabəti məhdudlaşdıran sazişlər, rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət sanksiyaları və digər məsələlər öz əksini tapıb.

Qeyd edilib ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə üç qanunun - “Haqsız rəqabət haqqında”, “Antiinhisar fəaliyyəti haqqında” və “Təbii inhisarlar haqqında” qanunların ləğv edilməsi təklif olunur.

Komitə sədri çıxışında Milli Məclisin sədrinin təşəbbüsü ilə parlamentdə Rəqabət Məcəlləsi ilə bağlı keçirilən ictimai dinləmədən bəhs edib, dinləmədə səslənən fikirlərin komitənin iclasında geniş müzakirə edildiyini bildirib.

O, təqdim edilən Rəqabət Məcəlləsinin ölkənin sürətli iqtisadi inkişafına xidmət edəcəyini, inhisarçılığa qarşı mübarizənin qanuni əsaslarını və prosessual əsaslarını müəyyən etdiyini, azad və sağlam rəqabətə təkan verəcəyini, rəqabətin stimullaşdırılmasını təmin edəcəyini söyləyib.

Komitə sədri Siyavuş Novruzov, deputatlar Razi Nurullayev, Etibar Əliyev, Vahid Əhmədov, Vüqar Bayramov, Aydın Hüseynov, Əli Məsimli, Müşfiq Cəfərov, Fazil Mustafa, Qüdrət Həsənquliyev Məcəllə barədə fikir və qeydlərini açıqlayıblar.

Müzakirələrin sonunda “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Energetika haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O bildirib ki, qanun layihəsi “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə hazırlanıb.

“Energetika haqqında” qanunun 1998-ci ildə qəbul edildiyini xatırladan komitə sədri bildirib ki, ötən müddət ərzində dünyada energetika sektorunda baş vermiş inkişaf və dəyişikliklər, həmçinin ölkəmizin energetika sektorunda qonşu ölkələr və Avropa ölkələri ilə əməkdaşlığının inkişafı istiqamətində görülmüş işlər bu sahədə beynəlxalq təcrübəyə uyğun yeni qanunun qəbul edilməsini zəruri edir.

Yeni qanun layihəsi energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.

Sənəddə istifadə olunan əsas anlayışlar, qanunun tətbiq dairəsi, energetika subyektlərinin fəaliyyəti, energetika sahəsində fəaliyyət növləri göstərilir. Layihədə energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması, ayrı-seçkiliyin yolverilməzliyi, energetika sahəsində fəaliyyətin və tənzimlənmənin şəffaflığı, bu Qanunla müəyyən edilmiş hallarda energetika sahəsində fəaliyyət növlərinin ayrılması, enerji istehlakçılarının hüquqlarının müdafiəsi, energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi bu sahədə dövlət siyasətinin əsas prinsipləri kimi göstərilir.

Qanun layihəsində, habelə, energetika sahəsində dövlət tənzimlənməsinin məqsədləri və dövlətin vəzifələri, bu sahədə fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması, qiymətlərin formalaşdırılması, enerji istehlakının, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Bununla yanaşı, sənəddə energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi, dövlət proqramlarının həyata keçirilməsi, ətraf mühitin mühafizəsi və ətraf mühitə zərərin vurulmasının qarşısının alınması, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi, bərpa olunan enerji mənbələrindən istifadə, özəl investisiyaların təşviqi, beynəlxalq əməkdaşlıqla bağlı müddəalar təsbit olunub.

Qanun layihəsi ətrafında aparılan müzakirələrdə çıxış edən komitə sədri Tahir Rzayev, deputatlar Vüqar Bayramov, Asim Mollazadə, Fəzail Ağamalı sənədin əhəmiyyətindən bəhs ediblər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Sonra iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O bildirib ki, layihə lisenziyanın verilməsi şərtlərinin Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən tələblərlə, icazələrin verilməsi şərtlərinin isə Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilən tələblər əsasında tənzimlənməsini müəyyənləşdirir. Dəyişikliklərdə qüvvədə olan qanunda bəzi dəqiqləşdirmələrin aparılması və digər normativ hüquqi aktlara uyğunlaşdırılması da nəzərdə tutulur. Layihədə, habelə lisenziyanın və icazənin verilməsi üçün qanunla dövlət rüsumunun (ödənişin) ödənilməsi tələb olunduqda, dövlət rüsumunun (ödənişin) ödənilməsi faktını təsdiq edən sənəd bu Qanunun 18.5-ci maddəsində nəzərdə tutulan müddətdə lisenziya və icazə verən orqana təqdim edilmədikdə lisenziyanın və icazənin ləğvi təklif olunur.

Komitə sədri Siyavuş Novruzov layihə ilə bağlı fikirlərini bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Notariat haqqında” və “İnzibati icraat haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. O qeyd edib ki, sənəd "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2022-ci il 2 dekabr tarixli 665-VIQD nömrəli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Həmin Qanunun qəbul edilməsi ilə "İcra haqqında" Qanunun 7-ci maddəsində icra sənədləri üçün müəyyən edilən tələblərdə dəyişiklik edilərək, icra sənədlərində göstərilməli olan bəzi məlumatlar dəqiqləşdirilir, həmçinin icra sənədlərində məcburi icranı asanlaşdıra biləcək bir sıra əlavə məlumatların göstərilməli olduğu müəyyən edilir. Bununla əlaqədar olaraq, icra sənədi hesab edilən məhkəmə əmrində, notariusun icra qeydlərində, inzibati orqanların pul tələbi ilə bağlı inzibati aktlarının və bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi qaydada icrası üçün tələbin icraya yönəldilməsi haqqında qərarlarında, həmçinin səlahiyyətli orqanlar tərəfindən qəbul edilən və məcburi icraya yönəldilə bilən inzibati xəta haqqında iş üzrə qərarlarda həmin məlumatların öz əksini tapması zərurəti yaranıb. Təqdim edilən qanun layihəsində müvafiq dəyişikliklər edilməklə, icra sənədləri sayılan qeyd edilən aktların məzmununun "İcra haqqında" Qanunda icra sənədləri üçün müəyyən edilmiş tələblərə uyğunlaşdırılması təklif olunur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova növbəti iki məsələnin Azərbaycan Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bu qanun layihələri barədə məlumat verib.

“Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı bildirilib ki, layihə daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslərin digər xüsusi təyinatlı təhsil müəssislərində təhsil alan şəxslər kimi kursant adlandırılması məqsədilə hazırlanıb. Sənəddə "müdavimləri" sözünün "kursantları" sözü ilə əvəz edilməsi təklif olunur.

Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi daxili işlər orqanları üçün kadr hazırlığı sahəsinin hüquqi tənzimlənməsi məqsədilə hazırlanıb. Layihədə müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilənin bağlanılması nəzərdə tutulur. Bu müqavilədə digər məsələlərlə yanaşı, şəxslərin təhsili başa vurduqdan sonra 7 il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi, habelə təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətdə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi qeyd olunacaq.

Deputatlar Razi Nurullayev, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Sahib Alıyev məsələ ilə bağlı bəzi qeydlərini bildirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. O qeyd edib ki, "Peşə təhsili haqqında" Qanunun 20.8-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər, əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə sosial dəstək tədbirləri dövlət siyasətinin əsas prioritetlərindən olduğu üçün, təklif olunan layihədə məhz bu kateqoriyadan olan "Müharibə veteranı" adı almış şəxslərin də dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin cari ilin payız sessiyasındakı ilk plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur

Vaşinqtonda keçirilən Trans-Xəzər Forumu Orta Dəhlizin artan strateji rolunu önə çıxarıb

Futbol üzrə dünya çempionatı start götürür

Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir