MİLLİ MƏCLİSİN DEPUTATI AŞPA-NIN MİSSİYASI TƏRKİBİNDƏ GÜRCÜSTANDA SEÇKİQABAĞI VƏZİYYƏTİ ÖYRƏNƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) missiyası tərkibində Gürcüstanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Tbilisiyə getmişdir.
Azərbaycan parlamentinin deputatı AŞPA-nın Estoniya, Albaniya və Macarıstandan olan təmsilçiləri ilə birlikdə Gürcüstanın dövlət, parlament və hökumət rəsmiləri, ombudsmanı, eləcə də beynəlxalq və yerli QHT-lərin, ATƏT, Avropa İttifaqı və Avropa Şurasının Gürcüstandakı nümayəndələri ilə görüşəcəkdir.
AŞPA-nın missiyası seçkilərə hazırlıq və ölkədəki seçkiqabağı vəziyyətlə tanış olmaq üçün Gürcüstan parlamentindəki hakim partiyanın və müxalifətin, həmçinin parlamentdə təmsil olunmayan siyasi partiyaların nümayəndələri, MSK sədri və media təmsilçiləri ilə də görüşlər keçirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]