REGİONLAR
Milli Qurtuluş Günü Xaçmazda möhtəşəm bayram konserti ilə yadda qalıb
Xaçmaz, 15 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmazlılar 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar möhtəşəm bayram konserti izləyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdən əvvəl Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Bayram konserti Xaçmaz şəhərindəki Bayraq meydanında təşkil olunub. Şəhid ailələri və Qarabağ qazilərinin də iştirak etdiyi bayram tədbirində ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində gördüyü işlərə dair videoçarx nümayiş etdirilib.
Şəhər sakinlərinin və qonaqların maraqla izlədiyi konsertdə respublikanın tanınmış incəsənət ustaları bir-birindən maraqlı ifalarla çıxış ediblər.
Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.