Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli terminoloji düşüncə və folklor: dilin daxili mənbələrinə dönüş

Milli terminoloji düşüncə və folklor: dilin daxili mənbələrinə dönüş

Bakı, 11 fevral, AZƏRTAC

Terminologiyanın inkişafında milli dil düşüncəsinin əsas götürülməsi dilin öz daxili yaradıcılıq mexanizmlərinə güvənmək deməkdir. Müasir elmi diskursda terminlərin böyük hissəsi xarici dillərdən birbaşa alınma yolu ilə formalaşır. Bu proses qaçılmazdır, lakin problem terminoloji sistemin milli dilin semantik və struktur imkanları hesabına deyil, yad modellərin mexaniki köçürülməsi əsasında qurulması zamanı yaranır. Məhz bu nöqtədə folklor mühüm və çox zaman lazımi qədər qiymətləndirilməyən mənbə kimi ön plana çıxır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Folklor İnstitutunun elmi işçisi Səadət İbrahimli deyib. O bildirib ki, folklor dili terminoloji baxımdan elmi görünməsə də, əslində anlayış yaratma mexanizmlərinin ən təbii modelini özündə saxlayır: “Folklor mətnlərində anlayışların adlandırılması prosesi əsasən onların funksional mahiyyətinə söykənir. Burada termin xarakterli söz və ifadələr izaha ehtiyac duymadan, birbaşa gördüyü işi və ya icra etdiyi təsiri bildirir. Bu cür adlandırma modeli anlayışla onun məzmunu arasında təbii və şəffaf əlaqə yaradır, nəticədə söz həm informativ, həm də yaddaqalan olur. Belə funksional adlandırma prinsipi terminologiya üçün son dərəcə səmərəli mexanizm hesab edilə bilər. Məsələn, folklor mətnlərində hadisələr və anlayışlar çox vaxt onların funksiyasına və təsir gücünə görə adlandırılır: “yol kəsən”, “can alan”, “dil bağlayan”, “uğur gətirən”, “göz dəyməsi”. Bu tip adlandırmalar anlayışın mahiyyətini izah etmədən, onu birbaşa gördüyü iş vasitəsilə təqdim edir və sözlə məna arasında təbii uyğunluq yaradır. Folklor mətnlərindəki “bərəkət gətirən”, “ruhu çağıran”, “yol göstərən”, “can qoruyan”, “uğur açan” kimi ifadələr də eyni adlandırma məntiqinə söykənir. Bu söz birləşmələri anlayışın abstrakt təsvirindən çox, onun real funksiyasını ön plana çəkir və məna baxımından dinamik dil vahidləri yaradır. Belə adlandırmalar dilin semantik elastikliyini və obrazlı təfəkkür imkanlarını açıq şəkildə nümayiş etdirir. Eyni zamanda, folklorda insan xarakterini və davranış modelini ifadə edən “ağzıdualı”, “sözü kəsərli”, “əliaçıq”, “gözütox”, “ürəyi geniş” kimi ifadələr də terminoloji düşüncə baxımından diqqətəlayiqdir. Bu tip ifadələr anlayışı psixoloji və sosial funksiyası ilə təqdim edir və milli dilin kateqoriyalaşdırma mexanizmini aydın şəkildə ortaya qoyur”.

Sədaqət İbrahimlinin fikrincə, milli terminoloji düşüncə folklorun bu təcrübəsindən bəhrələnməlidir: “Folklor dili göstərir ki, anlayış yaratmaq üçün mütləq xarici modelə ehtiyac yoxdur, dilin öz daxili söz yaradıcılığı imkanları, semantik genişlənmə və metaforik düşüncə mexanizmləri kifayət qədər zəngindir. Bu baxımdan folklor terminologiya üçün canlı laboratoriya rolunu oynaya bilər. Ana dilinin inkişafında milli dil düşüncəsinin əsas götürülməsi məsələsi Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında etdiyi proqram xarakterli çıxışında da xüsusi yer tutub. Prezidentin ana dili ilə bağlı fikirləri bu il yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə də davam etdirilib. Həmin müsahibədə dilin saflığının qorunması, lazımsız alınma sözlərin istifadə olunmaması və milli düşüncə sisteminə uyğun ifadə vasitələrinin seçilməsi məsələləri ön plana çəkilib. Bu baxımdan termin anlayışı yalnız elmi texniki kateqoriya kimi deyil, milli şüurun və dil yaddaşının bir hissəsi qəbul edilməlidir.

Folklor mətnlərində anlayışların funksiyaya, keyfiyyətə və obrazlı təfəkkürə əsaslanması milli termin yaradıcılığı üçün mühüm model təqdim edir. Folklor təfəkkürünün terminoloji potensialı, xüsusilə humanitar elmlər, sosial sahələr və mədəniyyətlə əlaqəli disiplinlər üçün əvəzsiz mənbədir. Burada termin yalnız anlayışı ifadə etmir, eyni zamanda, milli dünyagörüşü daşıyır. Bu isə elmin milli zəmin üzərində inkişafını təmin edən əsas şərtlərdən biridir. Belə demək olar ki, terminologiyanın milli əsasda inkişafı folklordan uzaq düşünülə bilməz. Folklor dili yalnız keçmişin poetik mirası deyil, milli terminoloji təfəkkürün genetik kodudur. Bu kod əsasında formalaşan terminoloji sistem isə elmi dəqiqliklə yanaşı, məzmunun aydın qavranılmasını təmin edir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO