MİNGƏÇEVİRDƏ VƏ BAKIDA ÇERNOBIL ƏLİLLƏRİ ÜÇÜN BƏRPA MƏRKƏZLƏRİ TİKİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, aprelin 22-də İncəsənət Gimnaziyasında Çernobıl faciəsinin 22-ci ildönümünə həsr olunmuş toplantı keçirilmişdir.
Faciə qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Sonra Azərbaycan Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov Çernobıl qəzasının tarixi, səbəbləri barədə məlumat vermiş, faciənin acı nəticələrinin aradan qaldırılmasında azərbaycanlıların da fəal iştirak etdiyini diqqətə çatdırmışdır.
Bildirmişdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış xaos Çernobıl əlilləri üçün də ciddi problemlər yaratmışdır. Bəzi səriştəsiz rəhbərlər bəşəriyyətin xilası üçün həyatını və sağlamlıqlarını itirmiş insanlara, onların yaxınlarına biganəlik göstərmişlər. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Çernobıl əlillərinin problemlərinin həllinə diqqət yetirilmişdir. 1993-cü ilin dekabrından etibarən Çernobıl əlillərinin statusu, sosial problemlərinin həlli ilə bağlı qanunvericilik bazası yaradılmışdır. Çernobıl qəzası, Əfqanıstan müharibəsi, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əlil olmuş minlərlə azərbaycanlının mənzil, müalicə və digər sosial problemlərinin həlli istiqamətində məhz ümummilli liderimizin diqqət və qayğısı nəticəsində mühüm addımlar atılmışdır. Ümummilli liderimizin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezidentin İcra Aparatının məsul işçisi Rasim Mirzəyev, səhiyyə nazirinin müavini Sənan Kərimov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçisi İbrahim Heydərov və başqaları çıxış edərək əlillərin, əhalinin aztəminatlı təbəqəsinin, eləcə də xüsusi qayğıya ehtiyacı olan insanların sosial problemlərinin həlli ilə bağlı görülən işlərdən danışmışlar.
Məlumat verilmişdir ki, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında 7 mindən çox azərbaycanlı iştirak etmişdir. Onların 4863-ü əlildir, 600 uşaq isə irsi xəstəlik nəticəsində əlil olmuşdur.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan regionda lider dövlətdir və dünyada inkişaf etmiş ölkələr sırasında öndədir. Dövlətimizin başçısı əhalinin aztəminatlı təbəqəsinə, bəşəriyyətin xilası yolunda canlarını, sağlamlıqlarını itirmiş insanlara daim qayğı göstərmişdir. Son 3 ildə dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin məbləği 5 dəfə artmış, ölkənin bütün regionlarında müalicə-diaqnostika mərkəzləri, əlillərin sosial reabilitasiya və bərpa mərkəzləri tikilir. Artıq Mingəçevirdə Çernobıl əlilləri üçün bərpa mərkəzinin tikilməsinə hazırlıq işləri gedir. Yaxın illərdə Bakı şəhərində də belə bir mərkəz tikiləcəkdir. Bu mərkəzlərdə MDB ölkələrindəki Çernobıl əlilləri də müalicə olunacaqlar. Əlillərin fərdi mənzillər, avtomobillərlə təminatına da xüsusi diqqət yetirlir. Onların pensiya və müavinətləri ilbəil artırılır.
Bir fikir xüsusi vurğulanmşdır ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində əlillərin cəmiyyətdən tədricinə son qoyulmuş, bu gün onların təkcə ölkədaxili tədbirlərdə deyil, paralimpiya oyunlarında içtirakı da təmin olunmuşdur. Çernobıl qəzası, Əfqanıstan müharibəsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində həlak olmuş, sağlamlıqlarını itirmiş insanlara dövlət qayğısı bundan sonra da davam edəcəkdir.
Toplantıda çıxış edən əlillər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etmiş, onun daxili və xarici siyasətini daim dəstəklədiklərini, builki prezident seçkilərində də İlham Əliyevə səs verəcəklərini bildirmişlər.
Sonda toplantı iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
- 05.06.2026 [19:41]
Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
- 05.06.2026 [19:35]
Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib
- 05.06.2026 [19:25]
Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək
- 05.06.2026 [19:05]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [19:03]
Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram
- 05.06.2026 [18:52]
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan
- 05.06.2026 [18:50]