Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Moskvada Günel Anarqızının “Yox, yəni hə” kitabının və “Qarabağ hekayələri” audiodiskinin təqdimatı olmuşdur

Moskva, 13 aprel (AZƏRTAC). Moskvada, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan yazıçısı Günel Anarqızının “Yox, yəni, hə” kitabının və “Qarabağ hekayələri” audiokitabının təqdimatı olmuşdur. Məcmuəyə 2002-2008-ci illərdə yazılmış 19 hekayə və 2 pyes, o cümlədən, “Atama məktub”, “Şuşa”, “Ağac”, “Qadın simalı şəhər”, “Arzu” və “Keçmişə doğru” kimi əsərlər daxildir.

Hekayələrin audioversiyaları Fəxrəddin Manafov, Nərgiz Cəlilova, Mehriban Zəki, Yalçın Adıgözəlov, Şükufə Yusupova və Emin Musəvinin ifasında təqdim olunmuşdur. Təqdimatda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Azərbaycanın Xalq Yazıçısı Anar iştirak etmişlər.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva görüşü açaraq yazıçının yaradıcılığından danışmış, qeyd etmişdir ki, Günel Anarqızı öz hekayələrində müasir həyatımızın real hadisələrindən bəhs edir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz çıxışında yazıçının “Atama məktub” hekayəsini xüsusi qeyd etmişdir. Diplomat demişdir: “Azərbaycanın qarabağlı musiqiçiləri, şairləri, mütəfəkkirləri çoxdur. Öz doğma diyarından məhrum olmuş Azərbaycan ziyalıları da bütün Azərbaycan xalqı kimi çox narahatdır. Mən “Atama məktub” videoçarxına baxdım. Bu çarxa həyəcansız baxmaq mümkün deyil. Forma da, təsvir də, sözlər də həmahəngdir - bütün bunlar tam şəkildə adamın qəlbini göynədir”.

Yazıçı Günel Anarqızı oxucular qarşısında çıxış edərək demişdir ki, hər bir əsər xüsusi əhval-ruhiyyənin təsiri altında yaranır. Günel xanım demişdir: “Mənim üçün son dərəcə səmimi olmaq həmişə hər şeydən vacibdir, ilk növbədə özünə və əlbəttə, oxucuya qarşı. Əgər özün tam səmimisənsə, bu səmimiyyət oxucuna da sirayət edir”.

Sonra Günel Anarqızının “Qarabağ hekayələri”ndən biri olan “Atama məktub” videoçarxı təqdim edilmişdir. Mətni xalq artisti Fəxrəddin Manafov oxumuşdur. Hekayə Qarabağın Azərbaycana məktubundan ibarətdir. Emil Əfrasiyabın musiqisinin sədaları altında ekranda Şuşanı təsvir edən kadrlar bir-birini əvəz etdikcə, bu sözlər eşidilirdi: “Ata, bir yerdə olduğumuz o vaxtlar üçün darıxıram... Ayrı düşəndən bəri hər gecə cürbəcür yuxular görürəm. Yuxuda bir yerdə oluruq. Ana dilimizdə danışırıq. Mən hər şeydən razı, yaraşıqlı oluram, üstümdə heç bir yara izi yoxdur. Bir də ki, ata, mən ucadan oxuyuram və səsim əks-səda verərək ürəkləri yerindən oynadır...” Məktubun postskriptumu - “Bəs sən məni geri qaytarmaq istəmirsən?” sözləri hər bir tamaşaçının qəlbində uzun əks-səda verir.

M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktorunun müavini Svetlana Qoroxova AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir: “Biz Günel Anarqızının kitabının təqdimatında iştirak etməyimizdən çox məmnunuq, çünki klassik Azərbaycan ədəbiyyatına bələdik. Müasir Azərbaycan ədəbiyyatı ilə, yeni cərəyanlar və gənc müəlliflərlə tanış olmaq bizim üçün maraqlıdır. Hazırda yazıb-yaradan, çap olunan və Azərbaycanda tanınan bir insanla tanış olmaqdan çox məmnunuq. Ümumiyyətlə, belə hesab edirik ki, müasir rus ədəbiyyatı və başqa ölkələrin ədəbiyyatı bir-birinə o qədər də yaxşı bələd deyil. Odur ki, kitabxanamız bu istiqamətdə bir çox layihələr həyata keçirir. Əlbəttə, gənclərin Qarabağ problemini necə qavradığını öyrənmək maraqlı idi. Rusiya da müharibələr, münaqişələr görmüşdür və bunlar, məlum olduğu kimi, bitməmişdir. Buna görə də belə insani təzahürlər bizə çox yaxındır və dostlarımızın hisslərini bölüşməyə həmişə hazırıq”.

Təqdimatın sonunda Günel Anarqızı oxucuların suallarına cavab vermişdir. İştirak edənlərin hamısına müəllifin imzası ilə “Yox, yəni hə” kitabı və “Qarabağ hekayələri” diski hədiyyə verilmişdir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Havaların xüsusilə isti və quru olduğu günlərdə yanğınların başvermə ehtimalı artır” - birgə müraciət edib

Bələdiyyədə baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib

Azərbaycan Hərb Tarixi Muzeyində “Şəhidləri tanıyaq və tanıdaq” adlı anım tədbiri keçirilib

Kir Starmer: Biz bunu bacardıq!

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsvirinin, spesifikasiyasının, nümunəsinin və verilməsi qaydasının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC-dən filial və kolleclərlə birlikdə 7000-ə yaxın tələbə məzun olur

“Elektrik şəbəkəsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Həndbol üzrə Azərbaycan çempionatında komanda sayı artırılır EKSKLÜZİV

Energetika naziri Mingəçevirdə vətəndaşlarla görüşəcək

Türkiyənin Erbakır Fen Liseyinin nümayəndə heyəti BANM-də olub

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiqləyən vəsiqənin təsviri müəyyənləşib

Atlantik okeanından 89 miqrantın cəsədi çıxarılıb

Azərbaycanın daha bir parataekvondoçusu beynəlxalq turnirin finalına yüksəlib

Elektrik şəbəkəsinə dair qaydalar təsdiqlənib

Baş Prokurorluq: Elektrik dirəyindən yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır

Mütəxəssis: Fiziki aktiv həyat tərzi ürək-damar xəstəliklərinin qarşısının alınmasında zəruri komponentdir

Türkiyənin 16 vilayətində İŞİD ilə əlaqədə şübhəli bilinən 45 nəfər saxlanılıb

Şərqşünas alim Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” əsəri türk dilinə tərcümə olunub

Orta Dəhlizlə göndərilən Çinin ilk yük avtomobilləri ASCO gəmisi ilə Azərbaycana çatdırılıb

Şöhrəti Yaponiyaya qədər gedib çatan Saatlının biyan balı REPORTAJ

Bayden-Tramp debatı ABŞ-da seçki öncəsi vəziyyəti dəyişib

Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində hərəkət məhdudlaşdırılacaq

Brüsseldə keçirilən konfransda Azərbaycanın mina problemindən, onun ekoloji və humanitar fəsadlarından danışılıb

Almaniyada həqiqi hərbi xidmət bərpa oluna bilər

Naxçıvan gömrüyündə müasir tələblərə cavab verən standartlar tətbiq olunur - mediatur

“Şuşaya bayraq asan cəngavər” kitabının təqdimatı olub

Azərbaycan və Kamerun Gimnastika federasiyaları arasında əməkdaşlıq genişləndirilir

Peşəkar mühasib sertifikatı imtahanı ilə bağlı canlı yayım ediləcək

Dövlət İdarəçilik Akademiyası tələbələrinin “Məzun günü” keçirilib

FHN: Ötən sutka ərzində 63 halda yanğına çıxış olub

Prezident İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Baş prokuror Daşkəsəndə vətəndaşları qəbul edəcək

DSMF: Bu ilin altı ayında 53 minə yaxın elektron arayış alınıb

Dövlət Komitəsi Xocalı şəhərinə infotur təşkil edib

Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür

Sabah Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçiriləcək

“Duo-Avey”: Gənc azərbaycanlı istedadlar Parisdə Azərbaycan musiqisi ifa edirlər

Azərbaycan parataekvondoçusu beynəlxalq turnirdə finala yüksəlib

® Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!

Avropa çempionu: Məşqçilərimin üzərimdə olan əməyi danılmazdır

Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı olub YENİLƏNƏCƏK

Bakıda narkokuryerlik edən “Wolt” sürücüsü və eyni əməli törədən qadın saxlanılıb VİDEO

Şamaxıda təsərrüfatların 80 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

III “Yüksəliş” müsabiqəsinin qalibinin təklifləri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin gündəliyinə daxil edilib

Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir

Azərbaycanın ŞƏT-in Sammitinə dəvət olunması Prezident İlham Əliyevin dünya liderləri arasındakı nüfuzunu növbəti dəfə təsdiqlədi - Siyasi şərhçi

Prezident İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib YENİLƏNƏCƏK

Orban Moskvaya mümkün səfəri barədə yayılan məlumatı təsdiqləməyib

“Öz teatrını yarat” adlı ilk seminar Akademik Milli Dram Teatrında təşkil olunacaq

Paşinyan Ermənistana yeni konstitusiya lazım olduğunu bir daha bəyan edib

Bakı İlahiyyat Kollecinə qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi keçirilib

DİN: 1 avtomat silahı və 2 tüfəng təhvil götürülüb

Bu gün qlobal aktorlar Azərbaycanla əməkdaşlıq imkanlarını dəyərləndirmək fürsətlərindən maksimum yararlanmağa çalışırlar - RƏY

Prezident İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kipr Bahçeşehir Universitetinin rəhbərliyi TƏBİB-in fəaliyyəti barədə məlumatlandırılıb

Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi elan edilib

Leyboristlər Partiyası Britaniyada keçirilən parlament seçkilərində qalib gəlib

Avro-2024: Bu gün 1/4 final mərhələsinə start veriləcək

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 91 dolları ötüb

Prezident İlham Əliyev Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib YENİLƏNƏCƏK

İranda prezident seçkilərinin ikinci turu başlayıb

Xankəndi Konqres Mərkəzinin təməli qoyulub YENİLƏNƏCƏK

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub YENİLƏNƏCƏK

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub YENİLƏNƏCƏK

DİN: Ötən gün 32 cinayətin üstünün açılması təmin olunub

Amerika Kuboku: İlk yarımfinalçı müəyyənləşib, Messi penaltidən fərqlənə bilməyib

Prezident İlham Əliyev Xocalı hava limanında olub YENİLƏNƏCƏK

Bakıda tozlu hava müşahidə olunur

Kolumbiyada partlayıcı qurğunun işə düşməsi nəticəsində 6 əsgər həlak olub

Çin “Tianhui 5-02” uzaqdan zondlama peykini uğurla orbitə buraxıb

Rütubətli hava ilə necə mübarizə aparmaq olar?

Media: Rusiya aviasiyası Ukraynaya veriləcək F-16-ları tez məhv edəcək

Azərbaycan bəstəkarının musiqi albomu Almaniya və ABŞ-da işıq üzü görüb

Britaniyada “exit-poll”un nəticələri açıqlanıb, Leyboristlər hakimiyyətə gələ bilər

Britaniyada parlament seçkilərində səs vermə başa çatıb

Fransada parlament seçkilərində respublikaçıların namizədlikdən çəkilməsi gözləntilərə həlledici təsir edəcək - SORĞU

Şəkidə fərdi yaşayış evində yanğın olub

“Reuters”: Makronun oyunu Avropanın gələcəyini təhlükə altına salır

“Qazax Aqropark”ının kartof sahəsində məhsul yığımına başlanılıb

Ankaradakı təlimlərin 4-cü günü: Media nümayəndələrinə zəruri müdafiə fəndləri öyrədilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ədliyyə naziri İraqın nümayəndə heyəti ilə görüşüb

XİN Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Astana görüşü ilə bağlı Bəyanat yayıb

“Azerbaijan Best Awards” mükafatlandırma mərasimində AZƏRTAC da təltif olunub VİDEO

Türkiyə Milli Müdafiə Nazirliyi: Suriya və İraqda ilin əvvəlindən 1327 terrorçu zərərsizləşdirilib

Ərdoğan: Dünyada "güclünün hüququ" üstünlük təşkil etməməlidir

Azərbaycanın mina problemi Belçikada keçirilən silsilə tədbirlərdə müzakirə olunur

IELTS imtahanında uğur qazanmış BDU tələbələri təltif ediliblər

Birgə Bəyannamə Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir - RƏY

Ermənistan ABŞ-la birlikdə yeni AES tikməyi planlaşdırır

Azərbaycan-İsrail Məzunları Assosiasiyasının təqdimat mərasimi keçirilib

Azərbaycan və İraqın hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın aparılmasının vacibliyi müzakirə edilib

Politoloq: Azərbaycanın ŞƏT ilə münasibətləri xalqımızın və dövlətimizin maraqlarına xidmət edir

Tokayev: ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb

Belarus nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Bu il BDU-nun “SABAH” qruplarını 244 məzun bitirir

® “Rabitəbank” yeni konseptli Lənkəran filialının açılışını etdi

Ağstafa Gənclər evinə mediatur təşkil edilib

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qiymətləndirmə prosesində iştirak edəcək ekspertlər üçün təlimlərə başlayıb