İDMAN
Moskvada keçirilən kayak və kanoe üzrə dünya çempionatında Azərbaycanın altı idmançısı iştirak edir
![Moskvada keçirilən kayak və kanoe üzrə dünya çempionatında Azərbaycanın altı idmançısı iştirak edir](/files/2014/2/1200x630/14087125466246060843_1200x630.jpg)
Bakı, 7 avqust (AZƏRTAC). Avqustun 7-də Moskvada kayak və kanoe üzrə dünya çempionatı başlayıb.
AZƏRTAC xəbər verir ki, nüfuzlu yarışda Azərbaycanı 6 idmançı təmsil edir.
Kayakçıların mübarizəsində birnəfərlik qayıqla (K-1) Mirnazim Cavadov həm 200 metr, həm də 1000 metr məsafələrə yürüş edəcək. Aleksey Solovey isə 1000 metr məsafəyə yarışacaq.
Kanoeçilərin yarışında birnəfərlik qayıqla (C-1) dördqat dünya və Avropa çempionu Valentin Demyanenko 200 metr, Nikolay Matviyçuk isə 1000 metr məsafəni qət edəcək.
Nəhayət, Bezuqlıy - Kupin dueti ikinəfərlik qayıqla (C-2) həm 1000 metr, həm də 500 metr məsafələrə yürüş edəcək.
Dünya çempionatına avqustun 10-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.07.2024 [21:45]
Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub
- 04.07.2024 [17:50]
AMADA Türkiyənin antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir
- 04.07.2024 [16:57]
“Araz-Naxçıvan”ın kapitanı püşkatma barədə danışıb
- 04.07.2024 [16:26]
Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub
- 04.07.2024 [15:42]
“Kəpəz” klubu icarə əsasında oynayan futbolçunu birdəfəlik transfer edib
- 04.07.2024 [15:08]
“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib
- 04.07.2024 [14:33]