Moskvada Müslüm Maqomayev adına Ulduzun təməli qoyulacaqdır
Moskva, 18 oktyabr (AZƏRTAC). Müslüm Maqomayevin xatirə günü - oktyabrın 25-də Moskvadakı “Veqas” ticarət mərkəzində Müslüm Maqomayev adına Ulduzun təməli qoyulacaqdır.
Bunu AZƏRTAC-ın müxbirinə M.Maqomayevin xanımı, tanınmış opera müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Tamara Sinyavskaya bildirmişdir. Onun sözlərinə görə, Müslüm Maqomayev adına Ulduzun açılış mərasimi Maqomayevlər ailəsinin yaxın dostu Araz Ağalarovun oğlu Emin Ağalarovla birlikdə tikdirdiyi “Veqas” kompleksində keçiriləcəkdir. Sinyavskaya demişdir: “Bu kompleksin və Şöhrət xiyabanının açılışı artıq olmuşdur. Burada öz imzasını qoyan ilk ulduz isə tanınmış ABŞ aktyoru Robert de Nirodur. Oktyabrın 25-də Müslüm Maqomayevin xatirə günüdür və bununla əlaqədar, onun ulduzunun təməli qoyulacaqdır. Ulduzun üzərində isə dahi müğənninin faksimile imzası qoyulacaqdır”.
Oktyabrın 23-24-də Moskvada Müslüm Maqomayev adına Vokalçıların I Beynəlxalq Müsabiqəsi keçiriləcəkdir. Müsabiqəni Müslüm Maqomayevin Mədəni-Musiqili İrsi Fondu təşkil etmişdir. Fond tanınmış Rusiya sahibkarı, “Krokus İnterneşnl” şirkətlər qrupunun başçısı Araz Ağalarov tərəfindən təsis edilmişdir.
Tamara Sinyavskaya bu tədbirlərdən sonra Bakıya gələcək və Müslüm Maqomayevin Fəxri xiyabandakı məzarını ziyarət edəcəkdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayıb
- 07.02.2026 [23:20]
İsmayıllıda istirahət mərkəzində baş verən yanğın söndürülüb-YENİLƏNİB
- 07.02.2026 [22:36]
Azərbaycan pəhləvanı Türkiyədə qar üzərində güləş turnirinin qalibi olub
- 07.02.2026 [21:06]
Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir
- 07.02.2026 [20:59]
Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirinin qalibi olub
- 07.02.2026 [20:55]
Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub
- 07.02.2026 [20:41]
Güləş üzrə U-20 Azərbaycan çempionatı başa çatıb
- 07.02.2026 [19:36]
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb
- 07.02.2026 [19:05]
Bolqarıstan Sosialist Partiyasının sədri istefa verib
- 07.02.2026 [18:57]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.02.2026 [17:10]
“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - təlim
- 07.02.2026 [17:01]
Sudanda silahlıların hücumu nəticəsində 24 nəfər həlak olub
- 07.02.2026 [16:17]
Tərtər sakini narkotikə görə həbs olunub
- 07.02.2026 [15:48]
Naxçıvanda Tumbul kəndinə qazın verilişi müvəqqəti dayandırılacaq
- 07.02.2026 [15:38]
Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır
- 07.02.2026 [15:32]
Şəmkirdə ötən il baş vermiş qətlin üstü açılıb
- 07.02.2026 [15:30]
Səudiyyə Ərəbistanı Suriya ilə yeni investisiya müqavilələri imzalayacaq
- 07.02.2026 [15:24]
İşsizlik müavinətinin azaldılması finlərin gəlirlərini aşağı salıb
- 07.02.2026 [15:09]
AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib
- 07.02.2026 [14:22]
Astarada torpaq sürüşməsi: Pensərçayda beton bəndlər çöküb
- 07.02.2026 [12:50]
Sabahın hava proqnozu açıqlanıb
- 07.02.2026 [12:44]
Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 07.02.2026 [12:38]
Türkiyə Suriyanın enerji sektoruna investisiyalarda həlledici rol oynayacaq
- 07.02.2026 [12:09]
Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib
- 07.02.2026 [12:01]