SİYASƏT
MÜDAFİƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Aprelin 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sülh naminə tərəfdaşlıq milli təlim mərkəzi və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Sülh naminə tərəfdaşlıq təlim mərkəzinin mobil təlim qrupu tərəfindən birgə təşkil edilən “NATO- Sülh naminə tərəfdaşlıq oriyentasiyası və silahlı münaqişələr hüququ” mövzusunda kursun açılışı olmuşdur.
Aprelin 26-dək davam edəcək kursun rəhbəri Türkiyə Silahlı Qüvvələri Təlim və Doktrina Komandanlığının təlim və tədris rəisi, briqada generalı Zekai Papuççuoğludur.