ELM VƏ TƏHSİL
Müddətli müqavilə əsasında işləyən müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsi keçirilir
![](/files/galleryphoto/2022/1/1200x630/1649162114581058584_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16491621144759354301_1200x630.jpg)
Bakı, 5 aprel, AZƏRTAC
Müddətli müqavilə əsasında işləyən müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsinin ilk gününə dair statistik məlumatlar açıqlanıb.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ilk gündə müsahibəyə 625 namizəd dəvət olunub, namizədlərdən 612-si müsahibələrdə iştirak edib. Azərbaycan dili və ədəbiyyat üzrə 127, riyaziyyat üzrə 102, Azərbaycan dili üzrə 14, ibtidai sinif üzrə 202, kimya üzrə 44, informatika üzrə 97, rus dili və ədəbiyyatı üzrə isə 26 namizəd müsahibəyə qatılıb.
Qeyd edək ki, aprelin 4-də müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsinə start verilib. Müsahibələrə 2 min 33 nəfər dəvət olunub. Aprelin 7-dək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılacaq.