MÜƏSSİSƏ BAZARA KEYFİYYƏTLİ KOLBASA MƏMULATI ÇIXARACAQDIR
AZƏRTAC xəbər verir ki, Şəkidə yenicə fəaliyyətə başlamış “Kainat” MMC-nin ilk məhsullarının - müxtəlif növ kolbasa məmulatının təqdimat mərasimi keçirilmişdir.
Şəhər rəhbərliyinin, sahibkarların və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbiri açan “Kainat” MMC-nin direktoru Teymur Musayev keçmiş ət və süd emalı kombinatının bazasında yaradılmış müəssisənin fəaliyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, kombinatda yenidənqurma işləri aparıldıqdan sonra burada Avstriyanın “Şaller” firmasının 642 min avro dəyərində gündəlik istehsal gücü 5 ton olan yeni kolbasa sexinin avadanlığı quraşdırılmışdır. Hazırda sexdə 14 növ keyfiyyətli kolbasa məmulatı istehsal edilir. Müəssisədə 40 nəfər daimi işlə təmin olunmuşdur.
Tədbir iştirakçıları məhsulların keyfiyyəti barədə rəy və təkliflərini bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]