MÜHAFİZƏ BƏNDLƏRİ TİKİLİR
Yaz daşqınları zamanı Qax rayonundan keçən Kürmük çayı məcrasından çıxaraq mühafizə bəndlərini uçurub dağıtmışdı. Rayon icra hakimiyyətindən verilən məlumata görə, çayın yatağı boyunca 3 min kubmetr beton, 600 kubmetr qabion bəndi çəkilmiş, qum-çınqıl, lil çöküntüləri təmizlənmişdir. Mühafizə bəndlərinin tikintisi davam edir. Bu işdə yerli sakinlər də inşaatçılara kömək göstərirlər.