MƏDƏNİYYƏT
Musiqili Teatrın solisti TÜRKSOY-un mükafatına layiq görülüb
Bakı, 9 oktyabr, AZƏRTAC
Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərindəki tarixi Bellapais monastırında Beynəlxalq Türk Mədəniyyət Təşkilatı -TÜRKSOY-un 25 illiyinə həsr olunmuş Beynəlxalq Opera Günləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Şimali Kiprin Milli Təhsil və Mədəniyyət Nazirliyi, həmçinin, Mədəniyyət məsələləri üzrə Departamentinin dəstəyi ilə reallaşan tədbirə türk dünyasının tanınmış opera ulduzları qatılıb. Belə ki, beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Eleonora Mustafayeva təmsil edib. Konsertdə iştirakçılar klassik əsərlər və mənsub olduğu xalqın milli operalarından nümunələr təqdim ediblər.
Həmyerlimiz, qırğızıstanlı konsertmeyster Yulia Babiçin müşayiəti ilə “Sevgilim” , “Əziz Surət”, “Tu, ca nun chiagne” əsərlərini, “La Gioconda” operasından Giocondanın ariyasını ifa edib.
Sonda Eleonora Mustafayeva və digər iştirakçılar TÜRKSOY tərəfindən mükafatlandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]