MƏDƏNİYYƏT
Müstəqilliyimiz sarsilmazdır, əbədidir
Bakı, 19 oktyabr (AZƏRTAC). Yasamal royonundakı A.M.Şərifzadə adına mədəniyyət mərkəzində dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Sarsılmazdır, əbədidir müstəqilliyimiz” devizi altında tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin Məmmədov ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə xaos və anarxiyanın qarşısının alınmasından danışmışdır. Bildirilmişdir ki, bu gün müstəqil ölkəmiz ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni qələbələrə doğru irəliləyir.
Tədbirdə mədəniyyət mərkəzinin “Şəms” rəqs kollektivi, “Xudafərin” xalq çalğı alətləri instrumental ansamblı və poeziya teatrının üzvləri çıxış etmişlər. Həmçinin rayondakı 53 nömrəli orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
Sonda müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş bədii qiraət müsabiqəsinin 10 qalibinə diplom və hədiyyələr təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [19:01]
Bakıda “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
- 20.05.2024 [18:17]
Bakıda “Pyotr Fomenkonun emalatxanası” teatrının qastrolları olub
- 20.05.2024 [16:40]
“Əsrə bərabər gün” tamaşasına baxış
- 20.05.2024 [16:27]
Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib
- 20.05.2024 [16:12]
Bakıda qırğız Xalq yazıçısının əsərinin təqdimatı keçiriləcək
- 20.05.2024 [14:38]