CƏMİYYƏT
Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının icrası ilə bağlı Cəlilabad rayonunda tədbir keçirilib
Bakı, 30 oktyabr, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə oktyabrın 30-da Cəlilabad rayonunda tədbir keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, işçi qrupunun və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.
Sonda rayon komissiyasına metodiki kömək göstərilib və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan zəruri təbliğat materialları paylanıb.