CƏMİYYƏT
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax və Salyan sakinləri yaxalanıblar
![Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax və Salyan sakinləri yaxalanıblar](/files/2020/1/1200x630/15796119396066054576_1200x630.jpg)
Bakı, 21 yanvar, AZƏRTAC
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ocayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 425 qram marixuana aşkarlanaraq götürülüb.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xurşud kənd sakini V.Mirzəyev yaxalanıb. Axtarış zamanı ondan 425 qram marixuana aşkarlanıb.
Hər iki faktla bağlı təhqiqat aparılır.