NATO PA-NIN NÖVBƏTİ ROUZ-ROUD SEMİNARI BAKIDA KEÇİRİLƏCƏKDİR
Bu ilin noyabrında Bakıda NATO Parlament Assambleyasının növbəti Rouz–Roud seminarı keçiriləcəkdir. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov müxbirimizə bildirmişdir ki, assambleyanın sədri Duqlas Birotti seminara hazırlıqla bağlı katibliyə konkret tapşırıqlar vermişdir. Tədbirdə 41 dövlətin nümayəndələrinin iştirakı gözlənilir. NATO Parlament Assambleyasının baş katibinin müavininin iyulun 22-24-də Azərbaycana səfəri zamanı bir sıra məsələlər, o cümlədən Rouz–Roud seminarının gündəliyi müzakirə olunacaqdır. Azərbaycan tərəfi Gürcüstandan çıxarılan Rusiya hərbi bazalarının Ermənistanda yerləşdirilməsi və bunun nəticəsində regionda silahlarla bağlı tarazlığın pozulması məsələsinin müzakirəyə çıxarılmasına çalışacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]