Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Naxçıvan səhiyyəsi intensiv inkişaf yolundadır
Ölkənin ixtisaslaşmış tibb müəssisələri ilə sıx əməkdaşlıq mürəkkəb cərrahiyyə əməliyyatlarının muxtar respublika daxilində həyata keçirilməsinə şərait yaradır

Naxçıvan səhiyyəsi intensiv inkişaf yolundadırÖlkənin ixtisaslaşmış tibb müəssisələri ilə sıx əməkdaşlıq mürəkkəb cərrahiyyə əməliyyatlarının muxtar respublika daxilində həyata keçirilməsinə şərait yaradır

Naxçıvan, 29 may (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə razılaşdırılmış Tədbirlər Planına uyğun olaraq, muxtar respublikanın 90 illiyi münasibətilə silsilə tədbirlər davam etdirilir. Yubiley çərçivəsində bir sıra işlər görülmüş, humanitar aksiyalar təşkil olunmuşdur.

Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, muxtar respublikada səhiyyə xidmətlərinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi, tibb müəssisələrinin dərman preparatları və avadanlıq təminatının daha da yaxşılaşdırılması, profilaktik tədbirlərin əhatəliliyinin əhəmiyyətli dərəcədə artırılması, yeni səhiyyə müəssisələrinin inşası istiqamətində müntəzəm iş aparılır.

Paytaxt Bakı şəhərində fəaliyyət göstərən kardiocərrahiyyə uroloji, plastik cərrahiyyə, göz xəstəlikləri, angioqrafiya və digər ixtisaslar üzrə həkim briqadalarının vaxtaşırı muxtar respublikaya dəvət olunması, aztəminatlı ailələr üçün nəzərdə tutulmuş xüsusi sağlamlıq layihələrinin intensiv qaydada icra olunması əhali tərəfindən rəğbətlə qarşılanır. Azərbaycan Səhiyyə Nazirliyinin yüksək ixtisaslı həkim briqadalarının “Muxtariyyət ili”ndə də qədim diyara gəlməsi aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicə işinin daha da yaxşılaşmasına, mürəkkəb cərrahiyyə əməliyyatlarının muxtar respublika daxilində təşkilinə şərait yaradır və nəticə etibarilə Naxçıvan səhiyyəsinin intensiv inkişafına yol açır.

Bu il nazirliyin Mərkəzi Neftçilər Xəstəxanası Kardiocərrahiyyə Mərkəzinin həkim briqadası artıq iki dəfə Naxçıvanda olmuş, Diaqnostika-Müalicə Mərkəzində 26 açıq ürək, periferik damar əməliyyatları aparmışlar. Mərkəzi Neftçilər Xəstəxanasının invaziv kardioloqları da xəstələr üzərində angioqrafiya əməliyyatı həyata keçirmiş, stend qoymuşlar. Bütövlükdə, son illər ərzində Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində yüzlərlə xəstə üzərində angioqrafiya əməliyyatı aparılmış, daralmış ürək damarları balonla genişləndirilmiş, stendlər, kardiostimulyatorlar qoyulmuş, müxtəlif anadangəlmə və qazanılmış ürək qüsurları aradan qaldırılmışdır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 7 nəfərlik həkim briqadası tərəfindən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində və Göz Xəstəxanasında 39 cərrahiyyə əməliyyatı, 58 müayinə aparılmışdır. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi çərçivəsində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımovun rəhbərlik etdiyi 13 nəfərlik heyət də ötən ay muxtar respublikaya ezam olunmuş, həkimlər ixtisaslarına uyğun müvafiq xəstəxanalarda fəaliyyət göstərmişlər. Bu səfərdə əsas məqsəd yerli həkimləri tibb elminin aktual problemləri barədə məlumatlandırmaq, onların yeni müayinə və müalicə üsulları barədə biliklərini təkmilləşdirməkdən ibarət olmuşdur. İnstitutun yüksək ixtisaslı həkimləri Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində cərrahiyyə, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında pediatriya, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında terapiya, Doğum Mərkəzində ginekologiya, Psixi Xəstəliklər Dispanserində nevrologiya və psixiatriya, Kardioloji Mərkəzdə isə kardiologiyanın aktual problemlərinə dair mühazirələr oxumuş, dinləyiciləri maraqlandıran sualları cavablandırmışlar. Həkim briqadasına daxil olan bir qrup mütəxəssisin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində mürəkkəb cərrahiyyə əməliyyatı da həyata keçirilmişdir.

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovun rəhbərlik etdiyi yüksək ixtisaslı həkim heyəti isə aprel ayının 23-dən etibarən Ordubad rayonunda növbəti humanitar aksiya keçirmişdir. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə Ordubad Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan üçgünlük aksiya çərçivəsində 2361 pasiyent profilaktik tibbi müayinədən keçirilmiş, cərrahi müdaxiləyə ehtiyacı olan 64 nəfər üzərində əməliyyat aparılmışdır.

Silsilə tədbirlərin davamı olaraq, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin nəzdindəki Uşaq Ürək Cərrahiyyə Mərkəzinin 14 nəfərdən ibarət tibbi heyəti bu günlərdə Naxçıvana gəlmişdir. Tibb üzrə fəlsəfə doktoru Elnur Həsənovun rəhbərlik etdiyi heyətin tərkibində 3 cərrah, 2 uşaq kardioloqu, 2 anestezioloq-reanimatoloq, 1 perfüzioloq-həkim, 6 tibb bacısı vardır.

Mərkəzin invaziv kardioloqu Elnur İmanov isə ehtiyac olduqca Naxçıvana gələrək əvvəlcədən qeydiyyata alınmış, əməliyyata ehtiyacı olan uşaqların müayinə və müalicəsində iştirak edir. Ötən həftə E.İmanov anadangəlmə ürək qüsuru olan 40 uşağın müayinəsini aparmış, 4 uşaqda qapalı, 14 uşaqda açıq ürək əməliyyatının aparılması qərara alınmışdır. Artıq 3 xəstə üzərində açıq ürək əməliyyatları uğurla başa çatdırılmışdır. Digər 10 xəstə isə yaxın günlərdə əməliyyat olunacaqdır.

Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat xidmətindən o da bildirilmişdir ki, Uşaq Ürək Cərrahiyyə Mərkəzi ilə qarşılıqlı əlaqələr muxtar respublikada uşaq invaziv kardiologiyasının inkişafında əhəmiyyətli rol oynayır. Naxçıvanda uşaqlar üzərində açıq ürək əməliyyatlarının təşkili bu əməkdaşlığın ən böyük uğurlarından biridir.

Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə Naxçıvanda elmi-praktik konfrans və seminarların keçirilməsi də artıq ənənə halını almışdır. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən “İmplandent” klinikasının tibb heyətinin iştirakı ilə mayın 28-də “Stomatologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. İyunun əvvəllərində isə Azərbaycan Endokrinoloji Mərkəzinin iştirakı ilə “Diabetik neyropatiya və diabetik nefropatiya” mövzusunda növbəti elmi-praktik konfransın keçirilməsi, muxtar respublikanın rayonlarında endokrinoloji xəstələrin müayinəsi nəzərdə tutulur.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ədliyyə naziri İraqın nümayəndə heyəti ilə görüşüb

XİN Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Astana görüşü ilə bağlı Bəyanat yayıb

“Azerbaijan Best Awards” mükafatlandırma mərasimində AZƏRTAC da təltif olunub

Türkiyə Milli Müdafiə Nazirliyi: Suriya və İraqda ilin əvvəlindən 1327 terrorçu zərərsizləşdirilib

Ərdoğan: Dünyada "güclünün hüququ" üstünlük təşkil etməməlidir

Azərbaycanın mina problemi Belçikada keçirilən silsilə tədbirlərdə müzakirə olunur

IELTS imtahanında uğur qazanmış BDU tələbələri təltif ediliblər

Birgə Bəyannamə Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir - RƏY

Ermənistan ABŞ-la birlikdə yeni AES tikməyi planlaşdırır

Azərbaycan-İsrail Məzunları Assosiasiyasının təqdimat mərasimi keçirilib

Azərbaycan və İraqın hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın aparılmasının vacibliyi müzakirə edilib

Politoloq: Azərbaycanın ŞƏT ilə münasibətləri xalqımızın və dövlətimizin maraqlarına xidmət edir

Tokayev: ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb

Belarus nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Bu il BDU-nun “SABAH” qruplarını 244 məzun bitirir

® “Rabitəbank” yeni konseptli Lənkəran filialının açılışını etdi

Ağstafa Gənclər evinə mediatur təşkil edilib

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qiymətləndirmə prosesində iştirak edəcək ekspertlər üçün təlimlərə başlayıb

ADU-da Şeyx Zayed adına Ərəb dili auditoriyası açılıb

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başa çatıb

Prokurorluq: MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

Fransızların yarısı seçkilərdə Le Penin partiyasının qalib gəlməsini istəyir

“Gasgoo” nəşri: “BYD” konqlomeratı Azərbaycana elektrik avtobusları tədarük edəcək

Türkiyənin antik tarixi – Likya, Kariya, Pisidia

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb

"İTi Zəka-2" hakatonunun mükafatlandırma mərasimi keçirilib

Hava şəraiti ilə əlaqədar olaraq ölkə üzrə yanğın indeksi açıqlanıb

AMADA Türkiyənin antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyində qanvermə aksiyası keçirilib

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana səfər edib

UNEC magistraturaya qəbul olanlara müraciət edib

Konstitusiya Məhkəməsində İraq Respublikasının Ali Məhkəmə Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Gənc Avropa səfirləri Bakıda süni intellektdən istifadəyə dair təlim keçiblər

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvada uşaq evində olublar VİDEO

Azərbaycan Prezidenti: COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik

Antonio Quterreş: ŞƏT dünyanın ən böyük regional təşkilatıdır

Azərbaycanda keçirilən yaşıl iqtisadiyyatla bağlı konfrans İordaniya mətbuatının diqqət mərkəzində olub

Prezident İlham Əliyev: Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır

Prezident: Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın vacib sahəsini təşkil edir

Heydər Əliyev Beynəlxalq Aeroportu “ACI EUROPE 2024” İllik Konqresi və Baş Assambleyasında iştirak edib

Milli Depozit Mərkəzi ikinci rübdə 1 milyard manatdan çox ödəniş həyata keçirib

Astanada “ŞƏT plyus” formatında görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib  YENİLƏNİB-3 VİDEO

Yenidən təmir olunan Ağstafa peyntbol və atıcılıq mərkəzi fəaliyyətini genişləndirir

“Vikipediya”nın gürcü dili bölməsində azərbaycanəsilli istifadəçilərin fəallığı artır

Bölgələrdəki günərzi qayğı mərkəzlərində 900-dən çox uşağa xidmətlər göstərilir

® “Caspian Energy Club Czechia” aktiv fəaliyyətini davam etdirir

“Araz-Naxçıvan”ın kapitanı püşkatma barədə danışıb

Ersin Tatar: ŞKTR-i dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdaram

Azərbaycanda Çili ədəbiyyatına məxsus pyesin təqdimatı keçirilib

AQTİ sahibkarlar üçün infotur təşkil edib

Naxçıvan boksçusu Yakutiyada medal qazanıb

Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

Fransada seçkilərin növbəti turundan sonra potensial iğtişaşların qarşısının alınmasına daha çox polis əməkdaşı cəlb olunacaq

Coğrafiya İnstitutunun iştirakı ilə Almaniyada geoparklarla bağlı beynəlxalq seminar keçirilib

Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı mərkəzi”nə iyun ayında 504 zəng daxil olub

Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub

Türkiyəli ekspert: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazın qlobal nüfuzunu artıracaq

Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir

Qardabani Təhsil və İnteqrasiya Mərkəzi tədris ilini uğurla başa vurub

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Şuşada işgüzar görüşü keçirilib

Tbilisidəki Mtastminda parkında yanğın baş verib

Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə müraciətlərin sayı rekord həddə çatıb

Astanada “ŞƏT Plyus” görüşü keçirilir

® “Kapital Bank”ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb

Monitorinq aparılan 19 kartofçuluq təsərrüfatında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb

Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru

Ağsu və Kürdəmirdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

İmişli şəhər tullantı poliqonunda tullantıların yandırılması faktı aşkarlanıb

ŞƏT-in Zirvə toplantısına növbəti dəvət Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir - ŞƏRH

Ölkəmizdə ilk dəfə “İFest” - innovasiya və texnologiya festivalı keçiriləcək

“Magellanın dövri-aləm səyahəti” romanı almancadan ana dilimizə tərcümə olunub

Prezident İlham Əliyevin ŞƏT-in Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzində olub

“Kəpəz” klubu icarə əsasında oynayan futbolçunu birdəfəlik transfer edib

Ali Məhkəmədə İraq Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib VİDEO

Zaqatalada maşın aşıb, 6 nəfər xəsarət alıb VİDEO

Qazaxıstan Milli Muzeyinin nümayəndə heyəti Elmi Bərpa Mərkəzində olub

Fransada parlament seçkilərinin ikinci turu üçün 30 min polis və jandarma səfərbər ediləcək

Belarus nümayəndə heyəti DOST Agentliyində olub

Tanınmış yazıçı-publisist Kamil Əfsəroğlunun yeni kitabı çap olunub

Şimali Makedoniya Prezidenti COP29-da iştiraka dəvət olunub

“General Motors” konserni 145,8 milyon dollar cərimələnib

“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi Londonda təmsil edəcəklər

Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

İstanbulda miqrant qaçaqçılığı ilə məşğul olan 76 nəfər həbs edilib

Rumıniyada prezident və parlament seçkilərinin vaxtı dəqiqləşib

İkinci rübdə Energetika Nazirliyi tərəfindən 51 icazə verilib

Torpaq sürüşmələrinin artmasında leysan xarakterli yağışların tez-tez təkrarlanması ciddi rol oynayıb

Mərkəzi Bank “PashaPay”a elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək üçün lisenziya verib

Zelenski Ukraynanın yeni əks-hücuma başlamasının şərtini açıqlayıb

Baş Prokurorluq: Yasamal rayonunda söküntü işlərinin aparılması ilə bağlı araşdırma aparılır

Turizm və Menecment Universitetində “Məzun günü” keçirilib

Fransa Superkuboku uğrunda keçirilməli olan oyun təxirə salınıb

Prezident İlham Əliyev ŞƏT-in Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə iştirak edib

Paytaxtın Səbail rayonunda 2 küçənin təmiri yekunlaşıb VİDEO

Aİ Çin elektromobillərinə əlavə idxal rüsumları tətbiq edib