NAXÇIVANDA BEYNƏLXALQ SİMPOZİUM KEÇİRİLMİŞDİR
Simpozium iştirakçıları əvvəlcə Naxçıvan şəhərindəki Əcəmi seyrangahında ümummilli liderimiz Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoymuş, ulu öndərin xatirəsini ehtiramla anmışlar.
İştirakçılar Naxçıvan MR Ali Məclisinin foyesində təşkil edilmiş kitab sərgisinə baxmışlar.
Simpoziumu Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov giriş nitqi ilə açmışdır. Tarix İnstitutunun direktoru Yaqub Mahmudov “Tarixdə və tariximizdə Naxçıvanımız”, AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Ermənilərin Naxçıvana qarşı ərazi iddialarının əsassızlığı və tarixi həqiqətlər”, NDU-nun rektoru, akademik İsa Həbibbəyli “Naxçıvanda ədəbi-mədəni mühit, tarixi proses və müasir inkişaf istiqamətləri” mövzusunda məruzələr etmişlər.
Simpozium öz işini Naxçıvanın tarixi, coğrafiyası və toponimləri, ermənilərin bu torpağa iddiaları və tarixi gerçəklik, muxtar respublikada ədəbi mühit və mədəniyyət, iqtisadiyyat bölmələrində davam etdirmiş, təxminən 60 məruzə dinlənilmişdir.