Naxçıvanda evin zirzəmisinə su dolub
Bakı, 13 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə Naxçıvan şəhəri, Əliabad qəsəbəsi ərazisində vətəndaşa məxsus fərdi yaşayış evinin zirzəmisinə yağış yağması nəticəsində su dolması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Görülmüş tədbirlər nəticəsində subasmaya məruz qalmış evin zirzəmisindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.