İQTİSADİYYAT
“Neft daşları” yatağındakı 2288 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilmişdir
Bakı, 9 may (AZƏRTAC). Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Neft daşları” yatağında yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da texniki tədbirlər aparılmaqla istismara qaytarılır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, texniki-iqtisadi göstəricilərin daha da yaxşılaşdırılması, istehsalın səmərəliliyinin yüksəldilməsi məqsədi ilə yatağın işlənilməsini həyata keçirən “Neft daşları” Neft-Qaz Çıxarma İdarəsi mühüm tədbirlər görür.
Bu günlərdə “Neft daşları” yatağındakı 1887 nömrəli stasionar dəniz özülündən 2288 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilmişdir. Fontan üsulu ilə işləyən quyu X horizontdan, 2618-2603 metr intervaldan sutkada 30 ton neft, 5 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]