REGİONLAR
Neftçalada şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
Neftçala, 25 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı ilə əlaqədar olaraq şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb. İftar süfrəsində şəhid ailələri və qazilərlə birlikdə, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Qafqaz Müsəlmanları İdarəsinin Neftçala rayonu üzrə qazisi hacı Hüsnü Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, rayon icra hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, din xadimləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iftar süfrəsində Ramazan ayının fəzilətlərindən, bu ayın insanlar arasında mənəvi saflıq, paklıq ayı olmasından danışılıb, Qurani Kərimdən surələr və Ramazan duası oxunub.
Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək, rayon sakinlərini qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. Azərbaycanda və Neftçala rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdəki ənənəvi tolerantlığı nümayiş etdirdiyini diqqətə çatdırıb. Ölkəmizdə sabitlik, davamlı inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də uğurla davam etdirdiyini bildirib. Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmləndiyi, ölkəmizdə məscid və dini ibadət yerlərinin inşa edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü bərpa edilib və həmin azad olunan torpaqlarda da iftar süfrələri açılır.
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.