NƏSİMİ BAĞI YENİDƏN QURULUR
Qaxdakı Nəsimi bağında abadlıq işlərinə və burada ucaldılmış abidənin bərpasına başlanılmışdır. İcra hakimiyyətindən müxbirimizə bildirmişlər ki, böyük şairin adını daşıyan bağ uzun illər nəzarətsiz olduğundan bərbad hala düşmüşdür. Geniş abadlıq, yaşıllaşdırma və yenidənqurma işləri başa çatandan sonra bağ şəhər sakinlərinin sevimli istirahət guşəsinə çevriləcəkdir.