CƏMİYYƏT
Nəsimi rayonunda mənzildən oğurluq edən keçmiş məhkum yaxalanıb
Bakı, 6 may, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə müraciət edən əcnəbi vətəndaş Mərdanov qardaşları küçəsində kirayədə yaşadığı mənzildən içərisində 1000 manat və 5000 dirhəm (2300 manat) olan pulqabısının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rafiq Cəlilov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.