NEVADA-DEL-UİLA VULKANININ PÜSKÜRMƏSİ İLƏ ƏLAQƏDAR KOLUMBİYADA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Kolumbiya hökuməti Nevada-del-Uila vulkanının püskürməsi ilə əlaqədar aprelin 15-də onun ətrafındakı zonada fövqəladə vəziyyət elan etmişdir.
Kolumbiya Geologiya İnstitutundan bildirmişlər ki, püskürməyə yeraltı təkanlar səbəb olmuşdur. Paytaxt Boqotadan 240 kilometr cənub-şərqdə yerləşən Kauka departamentində kəndlərin əhalisinin köçürülməsinə başlanmışdır. Təhlükənin artacağı təqdirdə, bu zonada yaşayan 100 min əhalinin hamısı köçürülməlidir.
Nevada-del-Uila dəniz səviyyəsindən 5,6 min metr yüksəklikdə yerləşir. Əvvəllər yatmış sayılan bu vulkan son 4 ayda dəfələrlə “oyanaraq”, 13 kilometr məsafəyədək kül püskürmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]