İQTİSADİYYAT
Nicat Hacızadə: Məqsədimiz sahibkarlıq subyektlərinin ixrac potensialına birbaşa dəstək göstərməkdir
Bakı, 25 dekabr, AZƏRTAC
“İxracatçılara dəstək layihəsi” çərçivəsində məqsədimiz Azərbaycanda aqrar sahədə və xüsusilə də qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin ixrac missiyalarına və potensialına birbaşa dəstək göstərməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.
“Bu çərçivədə sahibkarlara həm maliyyə yardımı, həm də daxili satışın həyata keçirilməsi ilə bağlı dəstək həyata keçiriləcək. O cümlədən xarici bazarlara ixrac imkanları üzrə də dəstək olacaq. Layihə çərçivəsində dövlət orqanları ilə müzakirələrdən əlavə, sahibkarlıq subyektləri ilə də görüş həyata keçiririk. Sahibkarların xarici bazarlara çıxış imkanları, qayğı və problemləri nəzərə alınacaq və onlara birbaşa dəstək göstəriləcək. Bundan əlavə, sertifikatlar və beynəlxalq standartların tətbiqi ilə bağlı Azərbaycan məhsullarının müəyyən qərb ölkələrinə çıxış imkanları üçün keyfiyyətli məhsullar tələb olunur. Bu istiqamətdə də sahibkarlara dəstək göstəriləcək”, - deyə o bildirib.