SİYASƏT
Nikolay Patskeviç: Azərbaycanda İkinci dünya müharibəsi veteranlarına böyük diqqət yetirilir
Bakı, 9 may (AZƏRTAC). Azərbaycan dövləti İkinci dünya müharibəsi veteranlarına xüsusi qayğı ilə yanaşır, onlara böyük diqqət göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikri Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç jurnalistlərə müsahibəsində səsləndirmişdir.
O bildirmişdir ki, 69 il əvvəl SSRİ-nin bütün xalqları cəsurluğu, vətənpərvərliyi və birliyi sayəsində faşizm üzərində qələbə qazanmışlar. N.Patskeviç demişdir: “Biz İkinci dünya müharibəsi illərində ölkəmizi azad etmiş bütün azərbaycanlıların xatirəsini anırıq. Onların arasında Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyev və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov vardır. Səfir vurğulamışdır ki, Azərbaycanı və Belarusu sıx dostluq münasibətləri bağlayır.