MƏDƏNİYYƏT
Niyazinin mənzil- muzeyində skripka musiqisi axşamı keçirilmişdir
Bakı, 11 aprel (AZƏRTAC). Aprelin 11-də Niyazinin mənzil- muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Klassik Musiqi Həvəskarları Klubunun növbəti tədbiri- skripka musiqisi axşamı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, muzeyin nəzdində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış Musiqi Alətləri Dövlət Kolleksiyasından skripka musiqi alətlərinin təqdim olunduğu gecədə muzeyin direktoru Alla Bayramova tədbir haqqında məlumat vermişdir. O, kolleksiyanın simli alətlərdən ibarət olduğunu bildirmişdir.
Klassik Musiqi Həvəskarları Klubu üzvlərinin, Bakı Musiqi Akademiyası müəllimləri və tələbələrinin, muzeyin əməkdaşlarının iştirak etdikləri tədbirdə Tofiq Quliyev adına 12 nömrəli, Qara Qarayev adına 8 nömrəli və 21 nömrəli onbirillik musiqi məktəblərinin istedadlı şagirdləri və Azərbaycan Dövlət fortepiano triosu konsert proqramı ilə çıxış etmişlər.
Azərbaycan Dövlət fortepiano triosunun və istedadlı şagirdlərin kolleksiyadan təqdim olunan skripka musiqi alətində ifaları maraqla qarşılanmışdır