CƏMİYYƏT
Nizami rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Gənclər Birliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Nizami rayon mədəniyyət müəssisəsinin və “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin sədri və “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin təsisçisi Sevinc Abdullayeva bayram münasibətilə uşaqları təbrik edib, dövlətimizin yetişməkdə olan nəslə göstərdiyi diqqət və qayğıdan söhbət açıb.
Bildirilib ki, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə uşaqların sağlam həyat tərzi və hərtərəfli inkişafı naminə uğurlu addımlar atılır, bu sahəyə diqqət və qayğı günbəgün artır.
Tədbirdə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin himayəsində olan uşaqlar müxtəlif rəqslər, ifalarla çıxış ediblər. Uşaqlar üçün müxtəlif oyunlar təşkil olunub, şən klounların iştirakına yer verilib.
Sonda uşaqlara hədiyyələr təqdim edilib.