Ukrayna Prezidenti: Bəzi bölgələrdə Hərbi Hava Qüvvələrinin işi qənaətbəxş deyil
Kiyev, 6 fevral, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin bəzi bölgələrində Hərbi Hava Qüvvələrinin fəaliyyətindən narazılığını bildirib. Bu, Rusiyaya məxsus “Şahed” pilotsuz uçuş aparatlarının yetərincə vurulmaması ilə bağlı olub.
AZƏRTAC Ukrayna Prezidentinin teleqramda paylaşdığı bəyanata istinadla xəbər verir ki, V. Zelenski bunu fevralın 6-da növbəti gündəlik selektor müşavirəsi zamanı bildirib.
“Ukraynanın bəzi bölgələrində Hərbi Hava Qüvvələrinin işini qənaətbəxş hesab etmirəm. “Şahed”lərin daha effektiv vurulması üçün hansı qərarların dərhal tətbiq olunacağını Hərbi Hava Qüvvələrinin komandanı və Ukraynanın müdafiə naziri ilə müzakirə etdim”, – deyə o vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.02.2026 [21:53]
Macarıstan videooyunların hazırlanmasına çoxmilyardlı investisiya elan edib
- 06.02.2026 [20:52]
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 06.02.2026 [20:15]
Çin saxta xidmətlər yaradan şirkətləri cərimələyib
- 06.02.2026 [19:13]
Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təqdim edib
- 06.02.2026 [17:40]
Rumıniya–Bolqarıstan–Yunanıstan xətti regional iqtisadi balansı dəyişir
- 06.02.2026 [17:18]
Fransa ordunu gücləndirir
Fransa ordunu gücləndirir
- [17:18]
“Beşiktaş”dan növbəti transfer
- [17:10]
Türkiyədə zəlzələ olub
- [15:41]