NOTLARIN YERLƏŞDİRİLMƏSİ ÜZRƏ HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 9-da martın 29-da Bakı Fond Birjasında Milli Bankın qeydiyyatından keçmiş, ümumi məbləği 60 milyon manat, hərraca çıxarılan məbləği 50 milyon manat, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
On üç investorun iştirak etdiyi sifarişlərin nominal məbləği 68 milyon 849 min manat təşkil etmişdir. Sifarişlər 99,15 faiz (gəlirlilik dərəcəsi 11,02 faiz) və 99,27 faiz (gəlirlilik dərəcəsi 9,45 faiz) qiymətdə təqdim edilmişdir.
Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,21 faiz (gəlirlilik dərəcəsi 10,24 faiz) və orta ölçülmüş qiymət 99,23 faiz (gəlirlilik dərəcəsi 9,98 faiz) səviyyəsində Milli Bank tərəfindən müəyyən edilmişdir. Onların nominal üzrə reallaşdırılmış dəyəri 3 milyon 709 min 400 manat, qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 50 milyon manat müəyyənləşdirilmişdir.
Notlar mayın 7-də ödəniləcəkdir, mülkiyyət hüquqlarının uçotu isə BFB-nin depozitarisində aparılır.