Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Nyu-Yorkda Prezident İlham Əliyevin adından Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü və 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə rəsmi qəbul təşkil edilmişdir

Nyu-York, 4 may (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, mayın 3-də Nyu-Yorkda Prezident İlham Əliyevin adından Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü və ölkəmizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə rəsmi qəbul təşkil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, BMT-nin baş katibi Pan Gi Mun, ABŞ-ın nüfuzlu siyasi və ictimai xadimləri mərasimdə iştirak etmişlər.

Bu tədbir Azərbaycan-BMT əməkdaşlığının verdiyi töhfələri təhlil etmək, onun nəticələri barədə müzakirələr aparmaq baxımından xüsusi əhəmiyyəti ilə diqqəti cəlb etdi.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edən BMT-nin baş katibi Pan Gi Mun ilə görüşdü.

Mərasimə dəvət olunan qonaqlar da Azərbaycan Prezidenti ilə görüşərək ölkəmizin BMT-yə üzv qəbul olunmasının 20 illiyi və BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini çatdırdılar. Bu, bir daha ölkəmizin dünya birliyində tutduğu mövqenin möhkəm təməllər üzərində qurulduğunu göstərdi. Həmçinin bütün beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə səmərəli əməkdaşlıq quran Azərbaycanın beynəlxalq aləmdə qazandığı etimadın və dəstəyin nümayişinə çevrildi.

Bu il ölkəmizin BMT-yə qəbul olunmasının 20-ci ildönümüdür. 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın təşkilata üzv qəbul olunması haqqında qətnamə qəbul edilmişdir. Nyu-Yorkda - BMT-nin iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın bayrağı qaldırılmışdır. Mayın 6-da isə təşkilatda Azərbaycan nümayəndəliyi fəaliyyətə başlamışdır. Ötən müddətdə qurumla əməkdaşlıq Azərbaycanın dünya birliyinə sıx inteqrasiyasına nail olmaq və ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, həm də Ermənistanın təcavüzkar siyasətini ifşa etməyə geniş imkan yaratmışdır.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Xanımlar və cənablar!

Hörmətli qonaqlar, hörmətli dostlar!

Dəvətimizi qəbul edib bu gün axşam bizimlə olduğunuza görə, sizə çox minnətdaram. Belə bir möhtəşəm ziyafəti təşkil etməkdən və sizin hamınızı burada görməkdən böyük şərəf hissi duyuram.

Burada uzun illərdən bəri tanıdığım insanları, bir çox dostları, o cümlədən yeni dostları görürəm. Əminəm ki, hamımız bu günü hələ çox xatırlayacağıq. Bu gün biz Azərbaycanın müasir tarixində iki mühüm hadisəni qeyd edirik. İyirmi il öncə Azərbaycan BMT-nin üzvü oldu. Ötən il isə ölkəmiz bu təşkilatın Təhlükəsizlik Şurasına üzv seçildi. Həmin iki əlamətdar hadisə bu gün qeyd olunur. Bir neçə gün öncə Azərbaycan Təhlükəsizlik Şurasında sədrliyi qəbul etdi.

Mən bizə səs verən və etimad göstərən, xüsusilə seçki prosesinin ən mühüm məqamında bizi dəstəkləyən şəxslərin hamısına təşəkkürümü bildirmək istəyirəm. Rəqabət isə çox güclü və ədalətli idi. Azərbaycan səslərin çoxunu topladı. Bu, müstəqillik illərində göstərdiyimiz səylərin qiymətləndirilməsidir. Bu, son iyirmi il ərzində kəskin surətdə dəyişmiş, qarşısında olduqca böyük məqsədlər qoymuş və bu məqsədlərə çatmağa çalışan müasir gənc ölkəyə göstərilən dəstəyin rəmzi oldu. Biz iyirmi il öncə müstəqil ölkəyə çevrildik. Xalqımızın böyük tarixi, mədəniyyəti və adət-ənənələri vardır. Lakin biz müstəqil deyildik. İyirmi il öncə dövlətimizi, dövlətçiliyi qurmaq, qonşularımız və dostlarımızla sülh və dostluq şəraitində həyatımızı yaşamaq fürsəti bizə nəsib oldu.

İyirmi il ərzində baş verən dəyişikliklər göstərdi ki, Azərbaycan böyük uğurlar əldə edib. Biz siyasi sistemdə böyük dəyişikliklərə nail olduq və köklü siyasi islahatlar həyata keçirdik. Bu gün Azərbaycan bütün siyasi azadlıqları - mətbuat azadlığını, ifadə azadlığını, azad interneti, dini azadlığı təmin edən müasir, demokratik və açıq ölkədir.

Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Biz bundan qürur hissi duyuruq. Bu, bizim keçmişdən qalan irsimizdir. Siyasi sistemdən asılı olmayaraq, həyatımızın bütün dövrlərində Azərbaycan dinlərin və xalqların qovuşduğu, bir ailə kimi yaşadığı məkan olub. Biz çox fərəhlənirik ki, həmin iyirmi il ərzində biz keçmişimizin bu mühüm irsini nəinki qoruyub saxlamağa, o cümlədən əməkdaşlıq, qardaşlıq və tərəfdaşlıq ruhunu gücləndirməyə nail olduq.

Biz multikulturalizm ideyasına, müxtəlif mənşəyə və dini köklərə malik olan insanların birgə yaşamasına və müasir ölkənin qurulmasına həsr olunmuş bir çox beynəlxalq tədbirləri də keçiririk.

Biz olduqca ciddi iqtisadi layihələri həyata keçirmişik. Bu isə, gündəliyimizin çox mühüm hissəsi olub. Çünki biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçməli idik. İyirmi illik dövr ərzində bazar iqtisadiyyatının payı ümumi daxili məhsulda 80 faizi ötüb. Bu gün isə biz inkişafı və iqtisadi islahatların nəticələrini həqiqətən hiss edirik. Son on ildən az müddətdə ümumi daxili məhsul 3 dəfə artmışdır. Sənaye istehsalı da 3 dəfə artmışdır. Yoxsulluq səviyyəsi təxminən 50 faizdən 7,6 faizə düşmüşdür. İşsizlik səviyyəsi 5,4 faizdir. Biz “Holland sindromu”na məruz qalmadıq və yalnız enerji sektorundan asılı olmamaq məqsədilə iqtisadiyyatımızı şaxələndirdik.

İqtisadi islahatlarımızı davam etdirəcəyik. Çünki ölkə əhalisi üçün bu islahatların faydasını görürük. Çox məmnunuq ki, beynəlxalq maliyyə təsisatları ölkəmizdə görülən işlərə dəstək verirlər və bunu qiymətləndirirlər. Xüsusən də, iqtisadi və maliyyə böhranının baş verdiyi illərdə “Standard & Poor”, Fitch” və “Moody’s” kimi əsas beynəlxalq maliyyə təsisatları kredit reytinqimizi yaxşılaşdırmışlar. Bu gün iqtisadiyyatımız əvvəlki illərə nisbətən daha rəqabətədavamlıdır. Bu gün iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır. Biz İKT-nin inkişafı kimi məsələlər üzərində işləyirik, kosmos sənayesini yaradırıq, bir sözlə, iqtisadiyyatımızı müasir və inkişaf edən iqtisadiyyata çeviririk. Məqsədimiz dünyanın inkişaf etmiş ölkələri sırasında olmaqdır. Artıq 3 dəfə artmış ümumi daxili məhsulu gələn 10 il ərzində daha 2 dəfə artırmaq və yüksək gəlirli ölkəyə çevrilmək məqsədimiz vardır.

Biz, həmçinin sosial problemlərin həlli üzərində çalışırıq. Əsas sosial problemlərdən biri qaçqın və məcburi köçkünlərlə bağlı vəziyyətdir. Artıq 20 ildir ki, Ermənistanın təcavüzündən və torpaqlarımızın işğalından əziyyət çəkirik. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi hələ də işğal altındadır. BMT-nin Təhlükəsizlik Şurası məsələ ilə bağlı 4 qətnamə qəbul edib. Əfsuslar olsun ki, onlar hələ də icra olunmayıb. Ermənistan onlara məhəl qoymur. Həmin qətnamələrdə erməni silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükədir. Bu, regionda böyük ədalətsizlikdir və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Azərbaycan BMT-yə 20 il öncə suveren və bütöv ölkə kimi daxil oldu. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. O, hər zaman Azərbaycanın tarixi hissəsi olub. O, hüquqi baxımdan Azərbaycanın ayrılmaz hissəsidir. Əlbəttə ki, biz ərazi bütövlüyümüzün bərpasını, qaçqın və məcburi köçkünlərimizin doğma yerlərinə qayıtmasını istəyirik.

Ölkəmizin problemləri və nailiyyətləri haqqında çox danışa bilərəm. Lakin ən vacibi odur ki, bizdə 20 il öncə yaranmış fürsətdən düzgün istifadə olunmuşdur. Biz müstəqilliyimizi gücləndirə bildik, iqtisadiyyatımızda dəyişiklik etdik, siyasi təsisatları qurduq, dostlarımızla yaxşı tərəfdaşlıq əlaqələri yaratdıq.

Bu gün gözəl Nyu-York şəhərində çıxış edərək bildirmək istəyirəm ki, biz Birləşmiş Ştatlarla ikitərəfli münasibətlərimizə böyük əhəmiyyət veririk. Bu münasibətlərin böyük tarixi var və onlar bir çox sahələri əhatə edir. Biz siyasi inkişaf, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və bütövlükdə təhlükəsizlik məsələləri və antiterror əməliyyatları ilə bağlı fəal əməkdaşlıq edirik. Azərbaycan Birləşmiş Ştatların etibarlı tərəfdaşıdır və 20 illik dövr ərzində bu münasibətlər hər iki tərəf üçün strateji tərəfdaşlıq münasibətlərinə çevrilib. Əminəm ki, əlaqələrimizin gələcəyi də çox uğurlu olacaqdır. Hazırda biz regional miqyaslı mühüm məsələlər üzərində işləyirik. Regionun aparıcı ölkəsi kimi güclü iqtisadiyyata malikik. Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycan qlobal işlərdə öz rolunu oynamağa hazırdır.

Əlbəttə ki, regional səviyyədə irəli sürdüyümüz istər siyasi, istər iqtisadi, istərsə də enerji və digər sahələrdə təşəbbüslər yeni vəziyyət yaradır. Enerji təşəbbüslərimiz regional enerji xəritəsini dəyişir və regionda çiçəklənməyə, proqnozlaşdırmaya doğru aparır. Biz qonşularımızla sülh şəraitində yaşamaq istəyirik və dostlarımızla əməkdaşlığı gücləndirmək arzusundayıq. Bir neçə ay öncə beynəlxalq ictimaiyyət və BMT ailəsi bizə öz böyük dəstəyini verdi. Biz Təhlükəsizlik Şurasına seçildik. Bu gün mən bizə dəstək verən bütün ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Seçilmək üçün biz 16 turdan keçməli olduq. Çox güclü rəqiblərimiz var idi. Bu, güclü, lakin ədalətli rəqabət oldu. 155 ölkənin dəstəyini almaqdan qürur hissi duyuruq.

Mən bizə səs vermiş bütün tərəflərə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu dostluq, dəstək, eləcə də ölkə daxilində və qlobal səviyyədə gördüyümüz işlərə verilən qiymətin rəmzidir. Bu, həmçinin böyük məsuliyyətdir. Gələn iki il ərzində biz bu məsuliyyəti Təhlükəsizlik Şurasındakı tərəfdaşlarımızla bölüşəcəyik. Sizi əmin edə bilərəm ki, Azərbaycan Təhlükəsizlik Şurasının fəal və konstruktiv üzvü olacaqdır. Seçildiyimiz zaman mən bəyanat verərək xalqımızı təbrik etdim və bildirdim ki, Azərbaycan Təhlükəsizlik Şurasında ədalət və beynəlxalq hüququ müdafiə edəcəkdir. Bir daha sizi, dostlarımızı əmin etmək istəyirəm ki, biz bu prinsiplərə sadiqik, sülh və beynəlxalq əməkdaşlığa, sabitlik və inkişafa töhfə vermək üçün əlimizdən gələni edəcəyik.

Çox sağ olun, əziz dostlar. Bizimlə olduğunuza görə minnətdaram. Sizə ən xoş arzularımı çatdırıram. Sağ olun.

X X X

Sonra Prezident İlham Əliyevin adından Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü və ölkəmizin 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə ziyafət verildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər

Qarabağdan süzülən “yaşıl işıq”

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı çap olunub

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Türkiyəli nazir: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

® “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb VİDEO

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Cavid Hüseynov tanınmış mütəxəssisin köməkçisi təyin olunub

Qubada qanunsuz tikintinin qarşısı alınıb VİDEO

“Bağçada rahat yer” musiqili tamaşası III Bakı Piano Festivalının yaddaqalan hadisəsi olub

Bakıda qanunsuz saxlanılan tapança oğurlanıb VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çimərlik turu təşkil edilib

İranda prezident seçkiləri: Pezeşkiyan və Cəlili ikinci tura keçib

Dövlət Vergi Xidməti ötən ay olan müraciətlərin hesabatını açıqlayıb

Sabahın hava proqnozu açıqlanıb

UNEC “Məzun günü” keçirib: bu il universiteti 5300-ə yaxın tələbə bitirir

“Turan Tovuz” iki futbolçu ilə müqaviləni yeniləyib

İspaniya futbol tarixinin ən yaxşı müdafiəçisi bəlli olub

Keniyada etiraz aksiyaları zamanı azı 30 nəfər ölüb

Hesabat: Ötən il Fransada irqçilik halları 32 faiz artıb

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib

Macarıstan Etnoqrafiya Muzeyi dünyanın ən yaxşı ictimai binası elan edilib

Azərbaycan basketbol hakimlərinin bilik və bacarıqları artırılır

ABŞ kəşfiyyat peykini orbitə çıxarıb

“Egemen Qazaqstan” qəzeti: Azərbaycanda medianın sərbəst fəaliyyəti üçün bütün şərait yaradılıb

Polis işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün tədbirləri davam etdirir

İtaliyalı ekspert: Azərbaycan karbohidrogen istehsalçısı kimi dünya iqtisadiyyatında mühüm yer tutur - MÜSAHİBƏ

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: Gürcüstan Avropa çempionatında yeni tarix yazdı

Amerikalıların 60 faizi Baydenin namizədliyinin əvəzlənməsini dəstəkləyib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyi davam edir

Fiziki aktivliyin zəifliyi 1,8 milyard yetkin insanda xəstəliklərə səbəb olur

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Yanvar-may aylarında “Könüllü DOST” proqramına 530 nəfər cəlb olunub

Avrora Qrup 2024-cü il iyulun 2-də “Açıq qapı” günü elan edir!

Milli Kitabxanada “Çingiz Əlioğlu - 80” adlı kitab sərgisi açılıb

Rusiya nümayəndə heyəti ATƏT PA-da fəaliyyətini dayandıracaq

Azərbaycan çempionu 8 əcnəbi voleybolçu ilə vidalaşıb

® Bakı Fond Birjasında “AccessBank” istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

KİV: Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq