Ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb
Bakı, 6 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) ilə Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlərə kömək məqsədilə “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən mərkəzdə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentləri tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu barədə məlumatlandırır. Mərkəzdə, həmçinin “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiqi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz kömək göstərilir.
Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent Məsləhət Mərkəzinə” müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:51]
BMU-da 41 ixtisas üzrə təkrar ali təhsil üçün sənəd qəbulu aparılır
- 05.06.2026 [11:17]
İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək
- 05.06.2026 [10:54]
XRİTDX-nin hazırladığı “Tusi Paleon” aləti tələbələrə təqdim edilib
- 04.06.2026 [20:53]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [18:38]
Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar
- 04.06.2026 [18:20]