CƏMİYYƏT
Oğurluq etmiş şəxslər məsuliyyətdən yaxa qurtara bilməmişlər
Bakı, 13 aprel (AZƏRTAC). Aprelin 11-də naməlum şəxslər paytaxt sakini Elşən Məmmədovun evindən 110 manat pul, noutbuk, DVD, modem və 2 ədəd səsgücləndiriciləri oğurlamışlar.
Oğurluq etmiş Sumqayıt sakinləri Rövşən İsayev və Vəli Ağaməliyev Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışlar.
Aprelin 2-də Müzəffər Məmmədovun evindən 113 manatını və mobil telefonunu oğurlamış Bakı şəhər sakini Qədir Nağıyev Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırmalar davam etdirilir.