Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrların hazırlanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrların hazırlanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-u görkəmli dövlət xadimi, dahi şəxsiyyət, böyük insan Heydər Əliyevin anadan olmasından 99 il ötür.

Ümummilli lider Heydər Əliyev bütün həyatı boyu xalqının xoşbəxtliyi və əmin-amanlığı naminə yorulmadan çalışıb. Azərbaycan xalqına xidmətin ən bariz nümunələrindən biri kimi, Heydər Əliyevin əhalinin sağlamlığının mühafizəsinə, millətin genofondunun qorunmasına, gələcəyinin təmin edilməsinə diqqət və qayğısı, dəyərli töhfələri sonsuz, bu sahədə fəaliyyəti çoxşaxəli olub.

Azərbaycanın ən çətin günlərində məsuliyyəti öz üzərinə götürüb, onu bir dövlət kimi tarixin ağır və sərt sınaqlarından çıxararaq bugünkü gerçəkliyinin və işıqlı sabahının möhkəm təməlini yaradıb.

Ulu öndər Heydər Əliyev üçün ən vacib sahələrdən biri də məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. Ümummilli Lider əhalinin sağlamlığının qorunması sahəsində problemlərin həllinə səhiyyənin qanunvericilik bazasının möhkəmləndirilməsindən başladı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər ulu öndər Heydər Əliyevin 99-cu ildönümü ilə bağlı Səhiyyə Nazirliyinin saytında dərc edilmiş məqalədə bildirilib.

Qeyd olunub ki, 1969-cu ilin dekabrında Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə gələcək nailiyyətlərin bünövrəsində dayanan “Sağlamlıq Məcəlləsi” adlı sənəd qəbul edildi. Bu Məcəllə səhiyyənin gələcək inkişaf istiqamətlərini müəyyən etməklə, qarşıdan gələn illər üçün həm də bu sahədə fəaliyyət planı oldu və səhiyyənin inkişafına əsaslı təkan verdi.

Ümummilli Liderin səhiyyənin inkişafında diqqət etdiyi əsas məqamlarından biri də mövcud səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tikilməsi idi. 1970-ci illərdə bir sıra bölgələrdə tibb müəssisələri yararsız binalarda yerləşirdi. 1970-1980-ci illərdə respublikada bir çox mühüm səhiyyə obyektləri inşa edildi. Təkcə uşaq poliklinikalarının sayı 1970-1975-ci illərdə 150-dən 185-ə çatdı. Yeni istifadəyə verilən səhiyyə müəssisələri arasında Uroloji Kliniki Xəstəxana, neyrocərrahiyyə, toksikologiya, yanıq mərkəzləri kimi tibb ocaqları var idi. Elmi-Tədqiqat Oftalmologiya və Elmi-Tədqiqat Onkologiya institutları üçün yeni binalar da o zaman tikilməyə başlandı.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində respublikada həkim kadrlarının və təbabət alimlərinin hazırlığı yüksək vüsət aldı, yeni elmi mərkəzlər açıldı, təbabət üzrə elmi-tədqiqat institutlarının fəaliyyəti canlandırıldı, ölkədə tibb elminin müxtəlif istiqamətləri üzrə konfranslar, forumlar keçirildi. Ulu öndər Heydər Əliyevin səhiyyə sahəsinə diqqəti və onun inkişafı üçün gördüyü işlər Azərbaycanı tezliklə tək ümumittifaq miqyasında deyil, həm də beynəlxalq arenada qabaqcıl mövqelərə çıxardı. Belə ki, 1970-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının regionlararası seminarının, 2 il sonra isə Beynəlxalq Tibbi Avadanlıqlar Sərgisinin məhz Bakıda keçirilməsi respublikamızın bu sahədə artan rolundan xəbər verirdi. Sonralar ölkəmizin bu cür tədbirlərə ev sahibliyi etməsi artıq ənənəvi hal aldı.

“Ulu Öndər əhalinin sağlamlıq durumu üçün çox böyük əhəmiyyət daşıyan və o dövrdə çox aktual problem olan Bakı, Gəncə və Sumqayıt şəhərlərinin sanitar-gigiyena vəziyyəti, Xəzərin və digər su hövzələrinin sanitar durumu, müxtəlif sənaye sahələrində çalışan işçilərin əmək şəraiti, peşə patologiyaları və sənaye toksikologiyası məsələlərinə, həmçinin yoluxucu xəstəliklərlə, alkoqolizm və narkomaniya ilə mübarizə, onların profilaktikası, dərman çatışmazlığı probleminin həlli kimi sahələrə böyük diqqət ayırırdı. O dövrdə məhz respublika rəhbərliyinin səyləri, gördüyü tədbirlər sayəsində Azərbaycanda peşə xəstəlikləri 25 faiz azaldı.

Ümummilli Liderin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı.

Ulu Öndərin səhiyyə siyasətinin prioritet istiqamətlərindən biri də keçid dövründə bu sahədə mütərəqqi dəyişiklərin aparılması və yeni səhiyyə sisteminin qurulması idi. Məhz bu məqsədlə 1994-cü ildə Azərbaycanla BMT-nin Uşaq Fondu arasında Əməkdaşlıq Proqramı imzalandı. Həmin sənədə uyğun olaraq uşaq ölümünün digər bölgələrə nisbətən yüksək, sağlamlıq göstəricilərinin isə aşağı səviyyədə olduğu Quba rayonunda islahatlara başlamaq qərara alındı. Sonralar həmin proqramın icrası sayəsində Masallı, Lənkəran, Cəlilabad və Salyan rayonlarında da böyük uğurlar əldə olundu.

Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə səhiyyəmizin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də xeyli iş görüldü, o cümlədən bir sıra tibb müəssisələrində təmir-tikinti işləri aparıldı, bəzi səhiyyə ocaqları yeni avadanlıq və cihazlarla təchiz edildi. O illərdə bu sahədə ən diqqətəlayiq hadisələr - Azərbaycan Tibb Universitetinin yeni korpusunun istifadəyə verilməsi və müasir dünya standartlarına cavab verən Mərkəzi Klinik Xəstəxananın açılışı isə ulu öndərin Azərbaycan xalqının sağlamlığına göstərdiyi qayğının ən parlaq təcəssümü oldu.

Ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də yeni iqtisadi sistemə uyğun olaraq həyata keçirilən islahatlar, inkişaf və tərəqqi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ümummilli Liderin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dövlətimizin başçısı İlham Əliyev ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını uğurla yaşadır”, - deyə məqalədə qeyd olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Reuters”: Ukrayna Avropa yolundan kənar çıxarsa, Aİ-nin yardımını itirəcək

Boliviyada hərbi çevrilişə cəhd olub

Baydenlə Tramp arasında ilk debat baş tutacaq

Belçikada bu il ən yüksək temperatur qeydə alınıb

Avropa çempionatında 1/8 final cütlükləri bəlli olub

Avro-2024: F qrupunda Portuqaliya, Türkiyə və Gürcüstan 1/8 finala vəsiqə qazanıb - YENİLƏNİB-4

Qeyri-sabit hava səbəbindən Lənkəran və Astaranın kəndlərində təxliyə işləri aparılır

Veteran tankçılar 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçiriblər

Bakıda axşam saatlarında hərbi orkestrlərin nümunəvi çıxışları maraqla qarşılanıb

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Qazaxıstanda 46 trilyon dollar dəyərində yataqlar aşkar edilə bilər

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü Çində qeyd olunub

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Alimə Qasımova: Xalçalara uşaq kimi yanaşıram

Prokurorluq: Bakıda odlu silahla qəsdən adam öldürmə faktına görə cinayət işi açılıb - YENİLƏNİB

Milli Hidrometeorologiya Xidməti: Lənkərançayda suyun səviyyəsi 47 sm artıb

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü Tbilisidə keçiriləcək

Ukraynalı qonaq: Uşaqlarımız Azərbaycanda özlərini çox rahat, təhlükəsiz hiss edirlər

Şərur rayonunda küləkli hava şəraiti fəsadlar törədib

Azərbaycan güləş millisi komanda hesabında Avropa çempionu olub

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub

İsveç müəllimləri: Son 10-15 ildə məktəblilərin bilik səviyyəsi xeyli zəifləyib

Füzuliyə dolu yağıb VİDEO

Stella Assanc: Culianın sağalması üçün vaxt lazımdır

Avro-2024: 1/8 finalın daha 3 iştirakçısı məlum olub

Mark Rütte NATO-nun yeni Baş katibi seçilib

Təhrif edilmiş “genetik kod” və ya ermənilər İzmiri necə yandırıblar

Şirvanda bir qrup müharibə iştirakçısına xatirə hədiyyələri təqdim olunub

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Avro-2024: Çexiya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Agentliyin əməkdaşı: Məqsədimiz ukraynalı uşaqların emosional vəziyyətlərinin sabitləşməsinə kömək göstərməkdir

IDEA İB-nin könüllüsü: Gənclər ekoloji təhlükəsizliyin təmin edilməsində yaxından iştirak etməlidirlər

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Azərbaycanın iki güləşçisi erməni rəqibinə qalib gələrək Avropa çempionu olub

Şuşada Silahlı Qüvvələr Günü münasibətilə qazi və hərbçilərlə görüş keçirilib

FHN: Dənizdə batan şəxsin axtarışı davam etdirilir

Türkiyənin nəqliyyat naziri Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Gəncədə bir şəxsin qəsdən öldürülməsi, digər şəxsin isə xəsarət alması faktına görə cinayət işi başlanıb

Ukraynalı uşaqlar Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar

Dörd gün əvvəl maşınla vurulan Zaqatala sakini bu gün vəfat edib

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

UNEP-in icraçı direktoru: Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibi seçilib

Ölkə ərazisində müşahidə olunan faktiki hava: yağıntılı və küləkli hava şəraiti davam edir

Ermənistanda insan alverinə qarşı mübarizə tədbirləri minimum standartlara belə cavab vermir

“Neftçi” və “Sabah” klublarının loqoları yenilənib

Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü Varşavada qeyd olunub

Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşüb

Azərbaycan gəncləri UNEP-in rəhbəri ilə müzakirələr aparıb

Nazir müavini: Azərbaycan Ordusunun güclü olması Gürcüstan üçün də çox önəmlidir

Şəkidə güclü külək əsib, infrastruktura ciddi ziyan dəyib

“By Youth For Youth” Beynəlxalq Forumu öz işini yekunlaşdırıb

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Şahmat üzrə oğlanlar və qızlar arasında ölkə çempionatının qalibləri müəyyənləşib

Abşeron rayonunda 26 İyun –Silahlı Qüvvələr Günü qeyd edilib

“Qəbələ” daha bir futbolçu ilə güclənib

Silahlı Qüvvələr Günündə Ulu Öndərin Tbilisidəki abidəsi ziyarət olunub

Beyləqana dolu yağıb VİDEO

Silahlı Qüvvələr Günü şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayılda olublar VİDEO

Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran - Lerik yolu bağlanıb

ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək

® BVLGARI Luvr muzeyində sərgilənəcək “Torloniya Mərmərləri” sərgisinin əsas sponsorudur

Faktiki hava: Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 27 metrə çatır

Hikmət Hacıyev: Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə revanşizm xülyalarından tamamilə əl çəkməyi tövsiyə edirik

İnger Anderson Şirvan Milli Parkında ceyran sürüsünü müşahidə edib

Şuşa və Ağdamda “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçiriləcək

Keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

Sumqayıt ayparaçılarının yeni sədri seçilib

Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır ŞƏRH

Kür çayına düşən iki nəfərin axtarışları davam etdirilir VİDEO

ADAU-da “Məzun günü” keçirilib VİDEO

Avropa Liqası: "Şerif" - "Zirə" oyununun hakimləri bəlli olub

Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb VİDEO

Şuşada Qarabağ müharibəsi qaziləri, hərbçilərimiz və şəhid ailələrinin üzvləri ilə görüş təşkil edilib

Azərbaycan Bellapais Beynəlxalq musiqi festivalında

Bakıda gənc oğlanı qəsdən öldürməkdə şübhəli bilinən iki şəxs tutulub

Azərbaycanın ICESCO üzrə sözçüsü: “By Youth For Youth” tədbirinin ilk dəfə ölkəmizdə keçirilməsi qürurvericidir

Silahlı Qüvvələr Gününə həsr olunmuş fləş-mob VİDEO

Culian Assanc Avstraliyada ailəsi ilə görüşüb - tarixi an

Gürcüstanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib

İqtisadiyyat Nazirliyində AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

Bakıda qara maska taxaraq quldurluq edənlər saxlanılıb

Çempionlar Liqası: “Sabah” basketbol komandasının rəqibləri müəyyənləşib

ETSN sözçüsü: Hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür

İstanbulun tarixi “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” sərgisi açılıb

Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub VİDEO

Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında 8 boksçu təmsil edəcək

Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin Silahlı Qüvvələr Gününə həsr olunmuş məqaləsi dərc edilib

“By Youth For Youth” Beynəlxalq Forumu işini Bakıda davam etdirir

Qərbi Azərbaycan İcması BMT-nin ali komissarını insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa çağırıb

Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib  YENİLƏNİB VİDEO

BMT-nin Ətraf Mühit Proqramının nümayəndələri Kür çayına balıq buraxıblar

Nazirlik: Siyəzəndə təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycanda son 25 gün ərzində 165 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Qəbələnin Nohurqışlaq kəndi ərazisində güclü küləyin aşırdığı ağaclar magistral yoldan götürülüb VİDEO

Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb