OMBUDSMAN İSTİRAHƏT DÜŞƏRGƏSİNDƏ UŞAQLARLA GÖRÜŞMÜŞDÜR
Bakı, 20 avqust (AZƏRTAC). Azərbaycanda 2009-cu ilin “Uşaq ili” elan edilməsi bütün sahələrdə uşaqlara qayğı və diqqəti daha da artırmışdır. Bununla əlaqədar olaraq tədbirlər davam etdirilir, uşaq və yeniyetmələrlə, o cümlədən xəstə, sağlamlıq imkanları məhdud olan, habelə əlil uşaqlarla bağlı bir sıra pilot yay istirahət layihələri gerçəkləşdirilir.
Heydər Əliyev Fondunun uşaq və gənclərin sağlamlığı, təhsili, ictimai fəallığının artırılmasına yönəlmiş və uğurla tətbiq olunan çoxsaylı proqramlarından yüz minlərlə uşaq və gənc faydalanır. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın kimsəsiz və əlil uşaqlara göstərdiyi qayğı, qan xəstəliklərindən əziyyət çəkən uşaqlara xüsusi diqqətlə yanaşması, onların müalicəsi üçün əlverişli şərait yaratması istiqamətində səyləri xalqımız, geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
Ombudsman Aparatının mətbuat xidmətindən bildirmişlər ki, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Heydər Əliyev Fondu tərəfindən təmir-tikinti və abadlıq işləri aparılmış “Şirin” uşaq bağçasının nəzdindəki “Məslək” istirahət düşərgəsində uşaqlarla görüşmüşdür.
Ombudsman burada dincələn, diabet və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqların sağlıq durumu ilə tanış olmuş, onların yaşayış şəraiti, qidalanması və asudə vaxtlarının təşkili ilə maraqlanmışdır.
Müvəkkil Azərbaycan Diabet Liqasının və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının nümayəndələri, həkimlər və düşərgədə övladları ilə birgə qalan valideynlərlə uşaqların sağlamlıq vəziyyətini müzakirə etmiş, onların suallarını cavablandırmış, faydalı məsləhətlər vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Hörmüz boğazında tanker atəşə tutulub
- 12.10.2026 [23:56]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [22:15]
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb
- 12.10.2026 [22:04]