SİYASƏT
ÖN CƏBHƏDƏ GÖRÜŞ
Mingəçevir Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası şəhər təşkilatının nümayəndələri Ağdam bölgəsində yerləşən N hərbi hissəsində olmuş, şəxsi heyətin arzusunu nəzərə alaraq, yeni çapdan çıxmış “Əlifba” kitabını və 100 adda bədii, siyasi ədəbiyyat nümunələrini kitabxanaya hədiyyə etmişlər.
Sonra hissənin şəxsi heyəti qarşısında “Xalq, dövlət və ordumuzun birliyi Azərbaycanın işıqlı gələcəyinin təməlidir” mövzusunda mühazirə oxundu. Mingəçevir Dövlət Dram Teatrı kollektivinin təqdim etdiyi musiqili-ədəbi kompozisiya da əsgərlərdə xoş ovqat yaratdı.