İDMAN
Özbəkistanın nüfuzlu portalları “Bakı-2015” birinci Avropa Oyunları haqqında materiallar verib
![Özbəkistanın nüfuzlu portalları “Bakı-2015” birinci Avropa Oyunları haqqında materiallar verib](/files/2015/2/1200x630/1435015274762364920_1200x630.jpg)
Daşkənd, 23 iyun, AZƏRTAC
Özbəkistanın paytaxtı Daşkənddə fəaliyyət göstərən podrobno.uz, kultura.uz, silkway.uz, uchildiz.uz və review.uz portalları Azərbaycanda keçirilən birinci Avropa Oyunlarının açılış mərasimi və bu idman bayramının gedişi barədə rus dilində geniş materiallar dərc edib.
Materiallarda ilk Avropa Oyunlarının Olimpiya stadionunda təşkil edilən açılış mərasimini 68 min tamaşaçının izlədiyi bildirilir. Qeyd olunur ki, bu möhtəşəm mərasimin təşkili üçün 28 ölkədən 300-dən artıq yaradıcı kollektiv, 34 ölkədən isə 1000 nəfər cəlb edilib.
Bildirilir ki, 20-dən çox ölkənin dövlət rəhbərləri və yüksək vəzifəli şəxslərinin qatıldığı mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib.
Məqalələrdə Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin məzmunlu çıxışları haqqında danışılır, habelə Azərbaycan idmançılarının parlaq qələbələri barədə məlumat verilir.
Materiallarda, həmçinin çoxlu sayda fotoşəkillər də yer alıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd