PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ XORVATİYADA SƏFƏRDƏDİR
Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadənin başçılığı ilə parlament nümayəndə heyəti “Terrorizm demokratiyaya qarşı: milli strategiyalar” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün mayın 8-də Xorvatiyanın Zaqreb şəhərinə səfərə yola düşmüşdür.
Nümayəndə heyətinin tərkibinə deputat Abutalıb Səmədov və Aparatın Beynəlxalq münasibətlər şöbəsinin məsləhətçisi İlyas Quliyev daxildirlər.
Konfransda terrorizmə qarşı mübarizə, dövlətlərin vəzifələri barədə Xartiya üçün müraciət, demokratiyanın inkişafı, beynəlxalq təşkilatların müasir dünyada rolu və sair məsələlər müzakirə olunacaqdır.
Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadənin tədbirdə çıxışı nəzərdə tutulmuşdur.
Deputatlarımız konfransda iştirak edəcək nümayəndə heyətlərinin üzvləri ilə bir sıra görüşlər keçirəcəklər.
Milli Məclisin
Mətbuat xidməti
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]