CƏMİYYƏT
Paytaxtda baş vermiş yol-nəqliyyat hadisələrində dörd nəfər ölmüşdür
Bakı, 8 oktyabr (AZƏRTAC). Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, paytaxtın Atatürk prospektində şəhər sakini Ceyhun Hüseynzadə idarə etdiyi “Mercedes” markalı avtomobili divara vurmuşdur. C.Hüseynzadə xəstəxanada dünyasını dəyişmişdir.
Bakının N.Yusifbəyli küçəsində Elşən Hüseynov idarə etdiyi “Hyundai-Tucson” markalı avtomobillə Salyan rayon sakini Gülbəniz Abbasovanı vurmuşdur. Piyada xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmamışdır.
Yeni Dairəvi yolda Sumqayıt şəhər sakini Mirağa Babayevin idarə etdiyi “Mercedes” markalı avtomobili çəpərə vurması özünün ölümünə səbəb olmuşdur.
Nobel prospektində isə Tofiq Niftəliyev idarə etdiyi “Hyundai-Accent” markalı avtomaşınla Səidə Əliyevanı vurmuşdur. S.Əliyeva Mərkəzi Neftçilər Xəstəxanasına aparılmış və orada ölmüşdür.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.