İQTİSADİYYAT
Paytaxtın Rəşid İsmayılov və Xurşidbanu Natəvan küçələri təmir olunur
Bakı, 2 iyun, AZƏRTAC
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Xurşidbanu Natəvan küçələri yenidən qurulur.
Bu barədə AZƏRTAC-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildirilib.
Küçələrin ümumi uzunluğu 670 metr, eni isə ortalama 13,5 metrdir. Burada ümumilikdə 9500 kvadratmetr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Artıq Xurşidbanu Natəvan küçəsində, təqribən 4600 kvadratmetr sahədə bu işlər yekunlaşıb. Rəşid İsmayılov küçəsində isə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə yenicə başlanılıb. İki gün ərzində burada da işlərin tamamlanması nəzərdə tutulub. Bundan sonra isə hər iki küçə tam olaraq yeni görkəmdə sürücülərin istifadəsinə veriləcək.
Artıq hər iki küçədə zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub. Səkilərdə abadlıq işləri həyata keçirilir. Bəzi ərazilərdə səkilərə tamet daşları düzülüb və bu işlər davam etdirilir.