“Peşəkar aparıcıların iş fəaliyyəti” mövzusunda “dəyirmi masa” keçirilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da Azərbaycan Dillər Universitetində (ADU) filologiya və jurnalistika fakültəsinin tələbələri Nərgiz Vəlizadə və Ülkər Salamovanın təşkilatçılığı ilə “Peşəkar aparıcıların iş fəaliyyəti” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Bakı-2015” ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin aparıcısı Tural Əsədov media fəaliyyəti ilə bağlı tələbələrə məlumat verib. Avropa Oyunlarında aparıcı kimi seçilməsindən danışan T.Əsədov belə mötəbər tədbirlərin ona həvalə edilməsini işlədiyi sahə üzrə peşəkarlığının olması ilə əlaqələndirib. Daha sonra aparıcı televiziyaya gəlişindən, rejissor, prodüser, aktyor kimi fəaliyyətindən, bu peşələrə yiyələnmək üçün vacib olan nüanslardan söz açıb.
T.Əsədov sualları cavablandırıb, müasir medianın iş prinsipindən danışıb, tələbələrə seçdikləri sahədə peşəkar olmağı tövsiyə edib.
Görüş müzakirələrlə yekunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [13:20]
BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
- 22.09.2026 [13:14]
MEK elektron xidmətlərini təqdim edir
- 22.09.2026 [13:00]
Azərbaycanın Alban-xristian irsi: tarixi varislik və elmi-mədəni reallıq
- 22.09.2026 [11:41]
Azərbaycanda hər 100 nəfərdən 91-i internet istifadəçisidir
- 22.09.2026 [11:32]
Məktəbli geyimi ilə bağlı yeni tələblər sosial bərabərliyə xidmət edəcək
- 22.09.2026 [11:26]
Klub müəssisələrində 1140 uşaq dərnəyi və kollektivi fəaliyyət göstərib
- 22.09.2026 [11:25]