DÜNYA
Pikassonun İsveçrədə oğurlanmış əsərləri Serbiyada tapılmışdır
Bakı, 8 oktyabr (AZƏRTAC). Serbiya polisi ispan rəssamı Pablo Pikassonun 3 il bundan əvvəl İsveçrədə oğurlanmış iki əsərini tapmışdır.
Sənət əsərləri hazırda “etibarlı yerdədir”, İsveçrə prokurorluğu isə əsərlərin öz sahibinə verilməsi barədə müvafiq sorğu göndərmişdir.
Pikassonun “At başı” və “Stəkan və bardaq” adlı əsərləri 2008-ci ilin fevral ayında Sürix yaxınlığındakı kiçik bir şəhərdə təşkil edilmiş sərgidən oğurlanmışdır. Onların kim tərəfindən və kimin sifarişi ilə oğurlanması hələ məlum deyil.
Bildirilir ki, dəyəri 1 milyon dollardan artıq olan bu əsərlər Hannoverdəki Şprengel muzeyinə məxsusdur.
“Qrom” jurnalının yazdığına görə, bu əsərlər Serbiya və Çernoqoriyada fəaliyyət göstərən qarətçilər tərəfindən oğurlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]
Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb
- 10.05.2024 [13:26]