CƏMİYYƏT
Pirotexniki vasitə, mobil telefon və aksesuarlarının ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Pirotexniki vasitə, mobil telefon və aksesuarlarının ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları 3 fakt üzrə pirotexniki vasitələrin, mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Belə ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “VAZ-21099”, “Opel Astra” və “Opel Vectra” markalı avtomobillərlə gələn Azərbaycan vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunub. Bu zaman sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər. Avtomobillərə gömrük baxışı zamanı isə minik maşınının gizli saxlanc yerlərindən, ümumilikdə 2808 ədəd pirotexniki vasitə, 2 “iPhone 11 Pro Max” markalı mobil telefon və qulaqlıq, 11 ədəd mobil telefon üçün qutu aksesuarı ilə birlikdə aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.