İDMAN
Polşa, Çin, ABŞ, Braziliya, Rusiya və İtaliya voleybol üzrə təsnifat turnirlərinə ev sahibliyi edəcəklər
Bakı, 25 iyul, AZƏRTAC
Avqustun əvvəlində “Tokio 2020” Yay Olimpiya Oyunlarına qadın voleybolçulardan ibarət komandalar arasında lisenziya xarakterli təsnifat turnirləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 24 yığma komandanın çıxış edəcəyi turnirdə Azərbaycan millisi “D” qrupunda yer alıb. Millimiz Braziliya, Dominikan Respublikası və Kamerun ilə qarşılaşacaq.
“A” qrupunda Serbiya, Tayland, Polşa, Puerto-Riko, “B” qrupunda Çexiya, Çin, Türkiyə, Almaniya, “C” qrupunda Argentina, Bolqarıstan, ABŞ, Qazaxıstan, “E” qrupunda Koreya Respublikası, Rusiya, Kanada, Meksika, “F” qrupunda isə Belçika, Hollandiya, İtaliya və Keniya birincilik uğrunda mübarizə aparacaq.
“A” qrupunun oyunlarına Polşa, “B” qrupunun görüşlərinə Çin, “C” qrupuna ABŞ ev sahibliyi edəcək. Millimizin çıxış edəcəyi “D” qrupunun matçları Braziliyada təşkil olunacaq. Rusiyada “E”, İtaliyada isə “F” qrupunun qarşılaşmaları keçiriləcək.
Lisenziya xarakterli təsnifat turnirində qrup birinciləri birbaşa “Tokio 2020”yə vəsiqə əldə edəcəklər.