Prezident İlham Əliyev: Azərbaycanda taxılla təminat sahəsində heç bir problem yoxdur
Ağsu, 12 avqust, AZƏRTAC
Bildiyiniz kimi, Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər. Çünki taxılın əsas ixracatçıları Rusiya və Ukrayna olduğu halda, indi müharibə əlbəttə ki, bu məsələdə çox böyük əngəllər törətmişdir. Ancaq Azərbaycanda bu sahədə heç bir problem yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlətimizin başçısı qeyd edib: “Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm də taxıl ixrac ediləcək və edilir. Gübrəyə gəldikdə isə bildiyiniz kimi, artıq biz özümüz də gübrə istehsalçısı olmuşuq və hətta karbamid gübrəsini ixrac edirik. Amma digər gübrələr Azərbaycana idxal edilir”.
Prezident İlham Əliyev bildirib ki, bu amillər reallıqdır və biz real həyatda yaşayırıq. “Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün əməli işlər aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik”, - deyə dövlətimizin başçısı əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2026 [16:35]
Zarina Mirabdullayeva: Könüllülük cəmiyyətlərin həmrəyliyini gücləndirir
- 16.05.2026 [16:25]
Ersin Güzel: Türk dünyasının bir-birindən başqa dayağı yoxdur
- 16.05.2026 [15:45]
Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib
- 16.05.2026 [13:12]
Banu Nurqaziyeva: Türk dünyasını ortaq dəyərlər və həmrəylik birləşdirir
16 May - Beynəlxalq İşıq Günüdür
- [15:28]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Həmişə işıqlıqda!
- [11:22]
Sabah Bakıda WUF13 başlayır
- [10:05]
Mirnaib Həsənoğlu: “Urban Code” bizim memarlıq və vizual yaddaşımızdır
- 15.05.2026 [23:59]
ABŞ Dövlət Departamenti: Livan və İsrail arasında atəşkəs 45 gün uzadılıb
- 15.05.2026 [23:28]
Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb VİDEO
- 15.05.2026 [23:11]
Deputat: Gənc rəssamların əsərləri sərgiyə xüsusi rəng qatır
- 15.05.2026 [23:03]
Ankarada Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələri Günü qeyd olunub
- 15.05.2026 [22:35]
Beynəlxalq Ailə Gününə həsr olunan konfrans: “Ailəmiz - ən güclü dəyərimiz”
- 15.05.2026 [22:32]
Premyer Liqa: “Kəpəz” “Araz-Naxçıvan”a uduzub
- 15.05.2026 [22:19]
Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq üçün addımlar atır
- 15.05.2026 [22:14]
Frontex: Aİ-yə qeyri-qanuni keçidlərin sayı 40 faiz azalıb
- 15.05.2026 [22:04]
Azərbaycan güləşçisi Avropa üçüncüsü oldu
- 15.05.2026 [21:29]